GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşü zamanı deyib ki, Türkiyənin Şuşada Baş Konsulluğunu istənilən zaman açmağa hazırıq.
“Əgər Türkiyənin Şuşada Baş Konsulluğu açılarsa, əlbəttə, bu, Ermənistan başda olmaqla bütün dünyaya bir mesaj olacaq”, – Türkiyə lideri bildirib.