Bazar ertəsi , Noyabr 16 2026
azfa

İsrail ordusunda İranla bağlı yeni alay yaradılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İsrail ilə İran arasında ehtimal olunan müharibə üzrə gərəkən hazırlıq məqsədilə yeni təsis edilmiş 54-cü təhlükəsizlik alayı yaradılıb. Bu barədə ivrit dilində nəşr edilən “Yediot Ahronot” qəzetində bildirilib:

 “Yeni alayın yaradılmasında məqsəd İranla genişmiqyaslı və birbaşa hərbi toqquşmalar zamanı İran ordusu və SEPAH barədə İsrail ordusuna hər hansı mümkün olan informasiya toplamaqdır. Bu alay 30 əsgərdən ibarətdir, ona hələ bəlli bir ad verilməyib. Lakin İranla müharibə üçün ordunun hazır vəziyyətə gətirilməsi vəzifəsi tapşırılıb.

Alay İranın silahlı qüvvələri, müharibə doktrinası, metodu və təlimlərinin araşdırılması barədə fəaliyyət göstərəcək”.

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …