Ərdoğan Zəngəzur dəhlizi daxil olmaqla bölgədə ticarət dəhlizləri yaratmağa təkid edib

GADTB: Bəsrə körfəzində Əl-Fav və Xəzərdə Zəngəzur mərkəzli olmaqla Asiya, Yaxın Şərq, Avropa arasında inkişaf və ticarət dəhlizlərini strateji tərəfdaşlarımızla birlikdə inşa edəcəyik.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada “2030-cu il Sənaye və Texnologiya Strategiyası”nın təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi ölkənin sənayeləşmə təcrübəsini türk dövlətləri, Yaxın Şərq və Afrika ölkələri ilə paylaşaraq, onların istehsal və tədqiqat ekosistemlerini gücləndirməyə və inkişaf etdirməyə bələdçilik edəcək:

“Strategiyamızın məqsədlərindən birini də istehsal sənayesinin məhsuldarlıq, tutum və miqyas problemlərini həll etmək, böhran və şoklara qarşı dayanıqlılığını artırmaq olaraq müəyyən etdik və bu başlıqda 22 strategiyaya yer verdik. Mövcud strategiya sahələrini genişləndirərək yeni planlı sənaye sahələri yaradacağıq. Riskli bölgələrdə yerləşən müəssisələrin təhlükəsiz bölgələrə köçürülməsinin önünü açacağıq”.

Həmçinin yoxlayın

Tramp: İran razılığa gəlməsə, misli görünməmiş bombardımana məruz qalacaq

GADTB: ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı razılığa gəlmədiyi təqdirdə bombalanacağı barədə …

Molla rejimi azərbaycanlı körpəyə türk adı ilə şəhadətnamə verilməsinə qarşı çıxır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin Təbrizdəki Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin əməkdaşları …