Çərşənbə , İyul 16 2025
azfa

14 qadın hüquqları fəalı Əli Xameneyiyə istefa tələb ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bazar ertəsi 14 qadın hüquqları fəalı Xameneyinin istefasını və İslam Respublikasından keçidə çağırış edib.

Fəallar bu ilin iyun ayında 14 mədəni fəalın oxşar tələblə çıxış etdiyinə toxunaraq, bəyanatda bildiriblər: “Dini quruluşun patriarxal baxışı nəticəsində, insani dəyərlərimizi məhv edən və qadınlara qarşı çıxan gender aparteidinə etiraz olaraq, ayağa qalxırıq və İslam Respublikasından yeni bir konstitusiyaya tam keçidi tələb edirik”.

Onlar həmçinin vurğulayıb ki, İnqilabdan və İslam Respublikası rejiminin qurulmasından sonra “biz İran qadınları əsas və insani hüqularımızın bir çoxundan məhrum edilmişik” və “bu cinsi ayrıseçkiliyə etiraz edən hər kəs təhqirlərə, fiziki zorakılığa, həbslərə, hətta bir sıra hallarda işgəncələrə və edamlara məruz qalıb”.

Sözügedən 14 qadın fəal yaydıqları açıqlamada, “mədəni və sivil qaydada” bu mübarizəni “İslam Respublikasına yox” deməklə davam etdirməkdə qərarlı olduqlarını bəyan ediblər.

Bəyanatı imzalayanlar aşağıdakılardır: Şəhla Entesari, Nüsrət Beheşti, Fereşte Təsvibi, Pərva Paçide, Giti Purfazil, İzzət Cavadi Hesar, Zəhra Camali, Şəhla Cahanbin, Fatimə Sepehri, Məryəm Süleymani, Susən Taherxani, Fərəngis Məzlum, Nərges Mənsuri və Kimya Novruzi Sabir.

“Xameneyinin istefası” ilə bağlı əvvəlki bəyanatı imzalayan 14 nəfərdən indiyədək ən azı ikisi həbs olunub, daha bir neçə nəfər isə təhdid mesajları alıb və ya hücuma məruz qalıb.

Həmçinin yoxlayın

İranla razılıq əldə olunmasa, “tətik mexanizmi” işə salınacaq

GADTB: Fransanın xarici işlər naziri Jan-Noel Barrot avqustun sonunadək İranla nüvə proqramı üzrə razılıq əldə …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də “Əmr verildi – Moskvanı vurun!” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Bir cavab yazın