14 qadın hüquqları fəalı Əli Xameneyiyə istefa tələb ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bazar ertəsi 14 qadın hüquqları fəalı Xameneyinin istefasını və İslam Respublikasından keçidə çağırış edib.

Fəallar bu ilin iyun ayında 14 mədəni fəalın oxşar tələblə çıxış etdiyinə toxunaraq, bəyanatda bildiriblər: “Dini quruluşun patriarxal baxışı nəticəsində, insani dəyərlərimizi məhv edən və qadınlara qarşı çıxan gender aparteidinə etiraz olaraq, ayağa qalxırıq və İslam Respublikasından yeni bir konstitusiyaya tam keçidi tələb edirik”.

Onlar həmçinin vurğulayıb ki, İnqilabdan və İslam Respublikası rejiminin qurulmasından sonra “biz İran qadınları əsas və insani hüqularımızın bir çoxundan məhrum edilmişik” və “bu cinsi ayrıseçkiliyə etiraz edən hər kəs təhqirlərə, fiziki zorakılığa, həbslərə, hətta bir sıra hallarda işgəncələrə və edamlara məruz qalıb”.

Sözügedən 14 qadın fəal yaydıqları açıqlamada, “mədəni və sivil qaydada” bu mübarizəni “İslam Respublikasına yox” deməklə davam etdirməkdə qərarlı olduqlarını bəyan ediblər.

Bəyanatı imzalayanlar aşağıdakılardır: Şəhla Entesari, Nüsrət Beheşti, Fereşte Təsvibi, Pərva Paçide, Giti Purfazil, İzzət Cavadi Hesar, Zəhra Camali, Şəhla Cahanbin, Fatimə Sepehri, Məryəm Süleymani, Susən Taherxani, Fərəngis Məzlum, Nərges Mənsuri və Kimya Novruzi Sabir.

“Xameneyinin istefası” ilə bağlı əvvəlki bəyanatı imzalayan 14 nəfərdən indiyədək ən azı ikisi həbs olunub, daha bir neçə nəfər isə təhdid mesajları alıb və ya hücuma məruz qalıb.

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …

Bir cavab yazın