Çərşənbə , Fevral 12 2025
azfa

15 gündür aclıq aksiyasında olan Siyamək Mirzayinin sağlamlıq durumu nigaranlığa səbəb olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin saxta ittihamlar şərləyək həbsdə saxlamaq istədiyi azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayi Tehranın Evin zindanında aclıq aksiyasına davam edir. O artıq 15 gündür aclıq aksiyasındadır və sağlamlıq durumu təhlükədədir.

Qeyd edək ki, azərbaycanlı fəal yenidən şərlənməsi, eləcə də müvəqqəti zaminə buraxılması üçün vəsiqənin ailəsi tərəfindən təmin edilməsinə baxmayaraq sərbəst buraxılmamasına etiraz olaraq Evin zindanındakı 209-cu bölməyə köçürüldükdən sonra 2019-cu il iyulun 1-də aclıq aksiyasına başlayıb.

İrqçi fars rejim yenidən şərlədiyi azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayinin girov qarşılığında müvəqqəti zaminə buraxılmasına icazə verməmişdi.

Azərbaycanlı fəalın ailə üzvləri dünən 2019-cu il iyunun 30-da 30 milyon tümənlik mülki vəsiqəni təqdim etmək üçün Evin zindanının Müqəddəs Məhkəməsinin 6-cı şöbəsinə müraciət etmişdilər. Lakin fəalın ailəsi rejimin məmurlarının kobud cavabı ilə qarşılaşımışlar. Məmurlar demişdilər: “Gedin, hər zaman sizə zəng edilsə, onda gələrsiniz. Siyamək hələlik azadlığa buraxılmayacaq”.

Siyamək Mirzayi 3 illik həbs müddətinin sona çatması ilə yenidən həbsdə saxlanılması məqsədilə rejim tərəfindən yenidən şərlənərək 2019-cu il iyunun 26-da “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə mühakimə edilib. Bundan sonra onun müvəqqəti zaminə buraxılması üçün 30 milyon tümənlik mülki vəsiqə qərarı təyin olunub.

Həmçinin yoxlayın

Urmiya zindanında həbsdə olan azərbaycanlı siyasi fəal aclıq aksiyasını davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Beheşti Univetsitetinin Kompüter Elmləri Fakültəsinin magistr tələbəsi …

İran mediası Azərbaycanda talış dilinin zəifləməsi bəhanəsi ilə ölkənin daxili işlərinə qarışır

GADTB: IRNA xəbər verir ki, “Azərbaycanın talış dilinin qrammatikası və şimal ləhcəsi” adlı kitabın iranlı …

Bir cavab yazın