Şənbə , Oktyabr 24 2026
azfa

Türkiyə Şərqi Aralıq dənizində təbii qaz yatağı aşkarladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Şərqi Aralıq dənizində enerji axtarışları nəticə verib.

Fatih” qazma gəmisi 170 milyard kub-metr təbii qaz yatağı aşkar edib.

“Fileleftheros” yunan nəşrinin xəbərinə görə, Baf adası sahillərində axtarış edən gəmi vəzifəsini uğurlu şəkildə tamamlayıb. Xəbər Avropa İttifaqı mənbələrinə istinadən verilib.

Həmçinin qeyd olunub ki, Türkiyənin ABŞ və Avropa İttifaqı tərəfindən sanskiyalara məruz qalması təhlükəsi onu geri addım atmağa məcbur edə bilməyib.

Cənubi Kipr Yunan Muxtariyyəti mediasına açıqlama verən Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu yunanların əməkdaşlıq etməyəcəyi təqdirdə, ölkəsinin enerji axtarışlarına davam edəcəyini deyib: “Türkiyə Şərqi Aralıq dənizində ən uzun sahilə sahib ölkə olaraq öz haqq və mənfəətlərini qoruyacaq. Ölkə olaraq dediyimiz sözləri meydanda həyata keçiririk. Beləcə, yunanların türkləri kənarlaşdıraraq enerji axtarışı aparmalarına öz addımlarımızla cavab veririk”.

Qeyd edək ki, Avropa İttifaqı Türkiyənin enerji axtarışlarını qanunsuz adlandırmış və bununla bağlı sanksiya tətbiq edəcəyini açıqlamışdı.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın