Gündəlik Arxivlər: Sentyabr 29, 2018

Azərbaycan tarixindəki saxtakarlıqları aradan qaldırmaq üçün silsilə dissertasiyaların müdafiəsinə başlanılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Sovet dönəmində Azərbaycan tarixinin 1920-1930-cu illər dövrü ilə bağlı yol verilmiş saxtakarlıqları aradan qaldırmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda silsilə dissertasiyaların müdafiəsinə başlanıb. Belə ki, “Azərbaycan SSR-də sovet nomenklaturası: hakimiyyətdaxili mübarizə (XX əsrin 20-30-cu illəri)” mövzusunda dissertasiya müdafiəsi keçirilib.

Ətraflı oxu »

Azərbaycanın büdcəsini kürdlərə paylayan kürd vali Azərbaycan komandasına maliyə ayırmayacağını bildiridi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejimin Qərbi Azərbaycan vilayətini Kürdüstanlaşdırmaq məqsədilə Aərbaycanın qərb hissəsinə vali təyin etdiyi qeyri-yerli kürd Şəhriyarı Azərbaycanın büdcəsini kürdlərə xərclədiyi halda Urmiyanın 90 adlı rəsmi komandasına yardım verilməyəcəyini bildirib.

Ətraflı oxu »

İrqçi rejimin məmurları azərbaycanlı yeniyetmələri geyimində qurd şəklinə görə stadiondan çıxardı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejimin məmurları dünən sentiyabr ayının 28-də Təbrizin Səhənd stadionunda Güney Azərbaycanın Tirəxtur futbol komandası ilə Xuzistanın İstiqlal komandası arasında keçirilən yarışa tamaşa etmək üçün stadiona gedən azərbaycanlı yeniyetmələri geyimində türklərin simvolu – qurd şəkli olduğuna görə stadiondan çıxardı.

Ətraflı oxu »

Xələc türkləri

GADTB: Xələclər Güney Azərbaycanda, Əfqanıstanda, Pakistanda və digər və digər ölkələrdə məskunlaşan türkköklü xalqdır. Dilləri Altay dil ailəsinin Türk dilləri qrupunun Arqu yarımqrupuna aiddir. Güney Azərbaycandan başqa məskun olduqları ölkələrdə demək olar ki, assimilyasiyaya uğramışlar. Xələclər hazırda Azərbaycan türkləri ilə qarışsada, öz dillərini qoruyub saxlaya bilmişlər. Xələclər Güney Azərbaycanda Mərkəzi …

Ətraflı oxu »