Cümə axşamı , Aprel 25 2024
azfa

Azərbaycan tarixindəki saxtakarlıqları aradan qaldırmaq üçün silsilə dissertasiyaların müdafiəsinə başlanılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Sovet dönəmində Azərbaycan tarixinin 1920-1930-cu illər dövrü ilə bağlı yol verilmiş saxtakarlıqları aradan qaldırmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda silsilə dissertasiyaların müdafiəsinə başlanıb. Belə ki, “Azərbaycan SSR-də sovet nomenklaturası: hakimiyyətdaxili mübarizə (XX əsrin 20-30-cu illəri)” mövzusunda dissertasiya müdafiəsi keçirilib.

Dissertasiya işinin müəllifi tarix üzrə fəlsəfə doktoru Aslan Xəlilov, elmi məsləhətçi isə bu elm müəssisəsinin direktoru, akademik Yaqub Mahmudovdur.

A.Xəlilov tədqiqat işində Azərbaycan və Rusiyanın arxivlərindən geniş istifadə edib. Əsər Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunması və Azərbaycanda siyasi sabitliyin möhkəmləndirilməsi məsələsinin vacibliyinin cəmiyyətimizin müxtəlif təbəqələrinə, xüsusilə gənc nəslə aşılanması baxımından xüsusi əhəmiyyət daşıyır.

AMEA-nın Tarix İnstitutunda Azərbaycanın sovet dövrü tarixini araşdıran şöbə fəaliyyət göstərir. İnstitutda tarixçi alimlər İlqar Niftəliyev “Azərbaycan SSR-də milli məsələ və kadr siyasəti (XX əsrin 20-30-cu illəri)” və Firdovsiyyə Əhmədova “Mərkəzi Sovet hakimiyyətinin Azərbaycan siyasəti (XX əsrin 20-30-cu illəri)” mövzularında araşdırma apararaq doktorluq dissertasiyası yazırlar.

 

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın