Gündəlik Arxivlər: Oktyabr 24, 2019

Güney Azərbaycana ayrıseçkiliyin nəticələrindən: Zəncan Hava Limanı bağlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycana qarşı ayrıseçkilik bütün sahələrdə mənfi nəticələr verməkdədir. Zəncan Hava Limanı da həmin ayrıseçkiliyin növbəti qurbanına çevrilib. Oktyabrın 24-də Zəncan Hava Limanından Məşhəd şəhərinə son uçuş həyata keçib. Gələn həftələr üçün isə heç bir bilet satılmayıb. Bu, hava limanının işinin dayandığı anlamına …

Ətraflı oxu »

Cavid Rəhman İranda qeyri-farsların hüququnun kobud şəkildə pozulduğunu açıqladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi Cavid Rəhman oktyabrın 23-də İranla bağlı hesabatında İran adlanan ölkədə insan hüquqlarının kobud şəkildə pozulması barədə hesabat yayıb. BMT-nin Baş Məclisinin komitələrinə təqdim edilən hesabatda yazılıb ki, hazırda İran zindanlarında yaşı 18-dən aşağı olan 90 yeniyetmə …

Ətraflı oxu »

Ərdəbilli vuşuçu Yusif Səbri dünya çempionu oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney azərbaycanlı vuşu idmançısı Yusif Səbri vuşu üzrə dünya çempionatında qızıl medal qazanıb. Ərdəbilli idmançı çərşənbə günü Çinin Şanxay şəhərində keçirilən 15-ci dünya çempionatında rəqiblərini məğlub edərək dünya çempionu olub. Birinci Pakistan və Fransa təmsilçilərini məğlub edən azərbaycanlı idmançı yarışların yarımfinal mərhələsində Tunisdən …

Ətraflı oxu »

Rejimin yaxaladığı azərbaycanlı fəalın vəkili Məhəmmədrza Fəqihi zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin yaxaladığı azərbaycanlı fəalın vəkili Məhəmmədrza Fəqihi zaminə buraxılıb. Vəkil 3 gün saxlandıqdan sonra oktyabrın 23-də 500 milyon riallıq mülki vəsiqə qarşılığında zaminə buraxılıb. İranda Məhbusların Hüquqlarının Müdafiəsi Assosiyasının idarə heyətinin üzvü və hüquqi komitəsinin katibi olan Məhəmmədrza Fəqihi oktyabrın 20-də …

Ətraflı oxu »

İrqçi fars rejimin əlaltıları Ərdəbildə kömür filminin nümayişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin əlaltıları Ərdəbildə kömür filminin nümayişinə qadağa qoyub. Halbuki, tükcə hazırlanmış bu kino Tehran və Təbrizdə nümayiş etdirilərək əhali tərəfindən böyük coşqu ilə qarşılanmışdır. Rejimin Ərdəbildə yerləşən İraşd İdarəsi antitürk yanaşma ilə Kömür kinosunun nümayiş etdirilməsinə qadağa qoyaraq, həmin kinonun guya …

Ətraflı oxu »

ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Vaşinqton, Ankaranın Suriyanın şimal-şərqində başlatdığı hərbi əməliyyatla əlaqədar Türkiyəyə tətbiq edilən sanksiyaları ləğv edib. Bu barədə çərşənbə günü ABŞ prezidenti Donald Tramp elan edib. Vaşinqton administrasiyasının rəhbəri deyib: “Mən, maliyyə naziri Stiven Mnuçinə oktyabrın 14-də tətbiq olunan bütün sanksiyaların ləğvinə dair göstəriş verdim”. …

Ətraflı oxu »