Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Cavid Rəhman İranda qeyri-farsların hüququnun kobud şəkildə pozulduğunu açıqladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi Cavid Rəhman oktyabrın 23-də İranla bağlı hesabatında İran adlanan ölkədə insan hüquqlarının kobud şəkildə pozulması barədə hesabat yayıb.

BMT-nin Baş Məclisinin komitələrinə təqdim edilən hesabatda yazılıb ki, hazırda İran zindanlarında yaşı 18-dən aşağı olan 90 yeniyetmə məhkum barələrində çıxarılmış ölüm hökmünün icrasını gözləyir.

O həmçinin deyib: “Ötən il İranda yaşı 18-ə çatmamış 7 yeniyetmə məhkum müxtəlif ittihamlarla edam edilib. Həmçinin cari ilin, yəni 2019-cu ilin başlanğıcından indiyə qədər İranın müxtəlif şəhərlərinin həbsxanalarında ən azı 173 məhkum dara çəkilib. Bu da İranın dünya ölkələri arasında həyata keçirdiyi ölüm hökmlərinin sayına görə ön cərgələrdə qərarlaşdığını göstərir. Bu vəziyyət bizi dərindən narahat edir.

Bundan başqa, 2018-ci ildən 2019-cu ilə qədər İranda siyasi məhbuslardan olan öz müvəkillərinin hüquqlarını müdafiə edən ən azı 8 vəkil tutularaq həbs olunub. Onların bəziləri isə uzunmüddətli həbsə məhkum edilib. Cari ildə isə, öz hüquqları uğrunda dinc etiraz bildirən “Həft Təpə” zavodunun onlarla fəhləsi tutularaq repressiyalara məruz qalıb, onlardan isə 7-si 6 ildən 19 ilə qədər həbsə məhkum edilib.

Həmçinin İranda etnik və dini azlıqların durumunun ağır və acınacaqlı olması bizi ciddi nigaran edir. Etnik və dini azlıqların hüquqlarının pozulması halları əvvəldə olduğu kimi hələ də davam edir. Bu isə qəbuledilməzdir”.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Bir cavab yazın