Şənbə , Yanvar 16 2021
azfa

Gündəlik Arxivlər: Noyabr 25, 2020

İran rejimi azərbaycanlı alimi edam etməyə hazırlaşır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı alimi Əhmədrza Cəlali ailəsi ilə telefon əlaqəsində edam hökmünün icrası üçün təkadamlıq kameraya köçürüldüyünü bildirib. İsveç vətəndaşı olan azərbaycanlı alim Əhmədrza Cəlali Evin zindanında saxlanılır. O çərşənbə axşamı ailəsi ilə telefon əlaqəsində ölüm hökmünün icra olunması üçün hazırlaşıldığını deyib. Əhmədrza Cəlalinin həyat …

Ətraflı oxu »

Naxçıvana koridorla bağlı işlərə başlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistandakı Cənubi Qafqaz Dəmiryolları Qapalı Səhmdar Cəmiyyəti Rusiya sərhədçiləri ilə birgə Mehrini ziyarət ediblər. Bu məlumatı “Qraparak” qəzeti yayıb. Məlumata görə, bölgəni ziyarət edənlər yerli şəraiti öyrənməyə çalışıblar. Qəzet bu səfərin Qarabağ Bəyanatında yer alan Naxçıvana yolun açılması ilə əlaqədar olduğunu bildirib.

Ətraflı oxu »

Rza Vasiqi Ərdəbil zindanında qardaşının saxlanıldığı bölməyə köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, rejimin həbs etdiyi azərbaycanlı fəal Rza Vasqi 23 noyabrda Ərdəbil zindanının rəisi Sərbaz Codaya göndərilən etiraz məktubundan sonra 5-ci bölmədən qarddaşı Əli Vasiqinin saxlanıldığı 2-ci bölməyə köçürülüb. Bundan öncə 16 noyabrda azərbaycanlı milli fəalları Əli və Rza Vasiqi qardaşları ailələri ilə telefon danışıqları …

Ətraflı oxu »

İran rejimi azərbaycanlı uşağa 3 il 6 ay sonra Onur adı ilə şəxsiyyət vəsiqəsi verməyə məcbur oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Tikantəpə (Tekab) şəhərində yaşayan ailənin övladına Onur adını seçdiyi üçün uşağa şəxsiyyət vəsiqəsi verməkdən imtina edən irqçi fars rejimin Vətəndaşlıq Vəziyyətinin Qeydiyyatı İdarəsi nəhayət ailənin tələbinə müsbət cavab verməyə məcbur olub. 2017-ci il mayda doğulan Onurun atası Əli Hidayəti bu xəbəri …

Ətraflı oxu »

GADTB başqanı Əjdər Tağızadənin Kəlbəcərin azad edilməsi münasibətilə təbrik mesajı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbacan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə Kəlbəcər rayonu və şəhərinin erməni işğalından azad olunması münasibətilə Azərbaycan prezidenti, Azərbaycan türk milləti və dünya türklərini təbrik edib. Sayın Əjdər bəyin təbrik mesajının bir hissəsində bildirilir ki, Ali Baş Komandanın qətiyyəti …

Ətraflı oxu »

Azərbaycan ordusu artıq Kəlbəcərə daxil olub-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, …

Ətraflı oxu »

İran Urmiyada erməni təcavüzünü pisləyən 10 nəfər azərbaycanlı fəalı məhkəməyə çəkir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyinə görə İranın Urmiyada həbs etdiyi 10 nəfər azərbaycanlı fəal məhkəməyə çağırılıb. Azərbaycanlı fəallar Yunus Şirzad Cavan, Ramin Xuda Bəxş, Salar Tahir Əfşar, Səhənd Behnumun, Hüsniyə İntixabi Hənsənluyi, Ramin Dehqan, Erfan Mehdi Xanlı Saatlu, Əmir İzzəti Heydərlu, Fərhad Məhəmmədi …

Ətraflı oxu »