İran rejimi azərbaycanlı alimi edam etməyə hazırlaşır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı alimi Əhmədrza Cəlali ailəsi ilə telefon əlaqəsində edam hökmünün icrası üçün təkadamlıq kameraya köçürüldüyünü bildirib.

İsveç vətəndaşı olan azərbaycanlı alim Əhmədrza Cəlali Evin zindanında saxlanılır. O çərşənbə axşamı ailəsi ilə telefon əlaqəsində ölüm hökmünün icra olunması üçün hazırlaşıldığını deyib.

Əhmədrza Cəlalinin həyat yoldaşı Vida Mehrannia telefon əlaqəsi barədə mətbuata danışarkən ərinin “bu zəng son söhbətimiz ola bilər” dediyini söyləyib.

Güney azərbaycanlı alimin dünən Evin Məhkəməsinin məhkəmə qərarlarının icra şöbəsinə köçürülərək, Evin zindanının karantin bölməsinə yerləşdirildiyi bildirilir. Alimin edama qədər bir həftə saxlabılacağı gözlənilir.

Cəlalinin vəkili Hilalə Musavian müvəkkilinin edam olunma ehtimalından narahat olduğunu və insan haqları təşkilatları, eləcə də İsveç hökumətinin edamın qarşısını almağa çalışacaqlarına ümid etdiyini bildirib.

Qeyd edək ki, 2016-cı ilin may ayında Tehran Universitetinin dəvəti ilə İrana səfər edən Əhmədrza Cəlali təhlükəsizlik orqanları tərəfindən saxlanılaraq “İsrailin xeyrinə casusluq etmək” ittihamı ilə həbs olunub. O 2017-ci ilin sentyabr ayında “düşmən dövlətin xeyrinə casusluq etmək yolu ilə Yer üzündə fəsad törətmək” ittihamı ilə Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin qərarı ilə edam cəzasına məhkum olunub və Ali Məhkəmə iki ay sonra haqqında çıxarılan qərarı qüvvədə saxlayıb.

Həmçinin yoxlayın

CNN-in Azərbaycanla bağlı iddiası yalan çıxdı

GADTB: İyunun 5-də CNN-in “İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq …

Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib

GADTB: Şuşada Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə …

Bir cavab yazın