Cümə , Aprel 26 2024
azfa

Aylıq Arxivlər: İyun 2021

Güney Azərbaycanın Sulduz bölgəsində jurnalistləri daşıyan avtobusun aşması nəticəsində iki jurnalist ölüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Sulduz şəhəri yaxınlığında jurnalistləri daşıyan avtobusun aşması nəticəsində iki jurnalist həyatını itirib. Onlar Kanisib tunelini görmək üçün Qərbi Azərbaycan əyalətinə səfər etmişdilər. Hadisə nəticəsində “İran” qəzeti, “Seda” həftəlik və “Aseman” qəzeti kimi müxtəlif media qurumları ilə əməkdaşlıq etmiş iqtisadi jurnalist …

Ətraflı oxu »

Çox sayda PKK terrorçusu Türk ordusuna təslim  oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, daha 5 PKK terrorçusu Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olmaqla cari il təslim olanların sayı 86-a çatdı. Bu barədə Türkiyə Daxili İşlər Nazirliyindən bildirilib. Təslim olan təşkilat üzvlərinin 2009-2015-ci illər arasında terror təşkilatına qoşularaq Suriyada, İraqda və İranda fəaliyyət göstərdikləri müəyyən olunub. Qeyd olunub …

Ətraflı oxu »

Əbülfəz Elçibəyin anadan olmasından 83 il ötür

GADTB: Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 1938-ci il 24 iyunda Ordubad rayonunun Kələki kəndində anadan olmuşdur. Ordubad şəhər 1 saylı orta məktəbi bitirdikdən sonra 1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olmuşdur. 1962-ci ildə SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləmişdir. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilmiş, 1964-cü …

Ətraflı oxu »

GADTB başqanı sayın Əjdər Tağızadənin Əbülfəz Elçibəyin anım günü ilə bağlı mesajı

GADTB: 24 iyun Azərbaycanda xalq hərəkatının lideri, Azərbaycanın ilk demokratik yolla seçilmiş prezidenti Əbülfəz Elçibəyin doğum günüdür. Görkəmli şəxsiyyət, keçmiş prezident Əbülfəz Elçibəy Azərbaycan Milli Azadlıq Hərəkatının lideri olmaqla yanaşı, Bütov Azərbaycan İdeyasının başında dayanan Quzey və Güney Azərbaycanın milli oyanışı və Bütöv Azərbaycan ideyasının yayılmasında müstəsna xidmətləri olan tarixi …

Ətraflı oxu »

İranın ETTELAAT qüvvələri Zənganın Əbhər şəhərində azərbaycanlı gənci yaxalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Zəngan bölgəsinin Əbhər şəhərində Əmir Hüseyn Abidini İranın təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb. İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, ETTELAAT qüvvələri həmin şəxsi 18 iyul axşam saatlarında yaxalayıblar. Əmir Hüseyn Abidini naməlum yerə aparılıb və onun barəsində məlumat almaq mümkün olmayıb. …

Ətraflı oxu »

Türkiyədə Türk Mədəniyyət Paytaxtları Fotoqrafiya sərgisi açıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Kastamonu bölgəsində Türk Dünyası Mədəniyyət Paytaxtları Fotoqrafiya sərgisinin açılışı keçirilib. Sərginin açılışında məşhur qazax şairi Mukagali Makayatevin “Son durnalar getdikcə” kitabının təqdimatı olub. Qeyd edək ki, Kastamonu Anadoluda min illik tarixə və fərqli mədəniyyətə sahib qədim türk şəhəridir.

Ətraflı oxu »

İranda neftçilərin tətilləri genişlənir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın müxtəlif bölgələrində neftçilərin iyunun 19-dan etibarən başlatdığı tətillər genişlənməkdədir. Tehranda və İranın bir sıra cənub şəhərlərində neft və qaz sənayesi işçilərinin başlatdığı etirazlar davam edir. Onlar öz tələblərinə nail olmayana qədər tətilə davam edəcəklərini bildirirlər. İşçilər bir araya gələrək, əmək haqlarının artırılmasını, …

Ətraflı oxu »

Əfqanıstan qarabağlıları; Qızılbaş irsi

GADTB: Azərbaycanlı jurnalistlərin səfər edib reportajlar hazırladığı Əfqanıstan qarabağlıları haqqında bilinən odur ki. bu ölkədə iki fərqli regionda Qarabağ adlı yaşayış məntəqəsi mövcuddur. Ümumilikdə isə Əfqanıstanda Qarabağ, Qarabağbazar, Qarabağpalan, Qarabağbibi kimi yer adları var. Güman olunur ki, Qarabağlı tayfalar  18-cə əsrdə Nadir şah zamanında qızılbaş türkmən tayfaları Əfqanıstan ərazisinə köçürülüb. …

Ətraflı oxu »

BBC-nin farsca bölməsini idarə edən farslar Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BBC-nin farsca bölməsini idarə edən farslar Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etdilər. Ermənistanda keçirilmiş seçkilərdə Nikol Paşinyanın qalib gəlməsi ilə bağlı “BBC Persian”ın saytında dərc edilən xəbərdə Azərbaycanın ayrılmaz parçası olan Qarabağ Ermənistan ərazisi kimi təqdim edilib. Dərc edilən materialda 2020-ci ildə iki ölkə …

Ətraflı oxu »

Azərbaycanın da qatıldığı “Anadolu Qartalı-2021” təlimi başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Konya şəhərində “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimi başlayıb. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. NATO-nun faktiki iştirakı ilə keçirilən beynəlxalq “Anadolu Qartal-2021” təlimində Azərbaycan, Qətər, Pakistan hərbçiləri iştirak edir. Təlim bütün iştirakçıların bilik, bacarıq və təcrübələrini bölüşmək və …

Ətraflı oxu »