
GADTB: Türkiyə və Qətər arasında qarşılıqlı müdafiə sazişi imzalnıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, iki ölkə Fars körfəzində müharibənin yenidən alovlanmasının qarşısını almaq, eləcə də dialoq və sülh üçün zəmin yaratmaq istiqamətində əməkdaşlıq edəcəklər.
Türkiyə Prezidentinin Administrasiyasının yaydığı məlumata görə, Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Həməd Al-Tani cümə günü İstanbuldakı Dolmabağça sarayında Prezident Ofisində keçirilən görüş zamanı bu sazişi imzalayıblar.
Görüşdə tərəfləri fikir ayrılıqlarını diplomatiya yolu ilə həll etməyə sövq etməyin vacibliyini vurğulayan Ərdoğan Ankara və Dohanın müdafiə sənayesi sahəsində əməkdaşlığının genişlənəcəyini bildirib.
O, həm də Qətərlə enerji tərəfdaşlığının inkişaf etdirilməsi və şaxələndirilməsi istiqamətində səylərin göstəriləcəyini bəyan edib.
Qarşılıqlı müdafiə sazişi iki ölkə arasında ticarət, təhsil və diplomatiya sahələrini də əhatə edən beş yeni əməkdaşlıq sənədindən biridir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi