Aylıq Arxivlər: Sentyabr 2021

Tanınmış azərbaycanlı sənətçi Yaqub Zurufçu dünyasını dəyişdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın əməkdar artisti, güneyli sənətçi Yaqub Zurufçu vəfat edib. Sənətçi bu gün müalicə aldığı Yeni Klinikada koronavirusdan dünyasını dəyişib. Qeyd edək ki, Y.Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxmuş və Yeni Klinikanın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Müğənni süni nəfəs aparatına qoşulmuşdu.

Ətraflı oxu »

Türk Şurasının adı Türk Dövlətləri Təşkilatı olacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) gələn ay keçiriləcək Zirvə görüşündə sədrlik Türkiyəyə keçəcək və Türkmənistan tamhüquqlu üzv olacaq”. Bunu AKP sədrinin müavini Binəli Yıldırım deyib. Onun sözlərinə görə, bununla da 6 dövlət qurumun tamhüquqlu üzvünə çevriləcək: “Bundan əlavə, təşkilatın adı da dəyişdirilərək …

Ətraflı oxu »

Türkiyə ilə Azərbaycan hərbçilərinin Çanaqqalada təlimləri davam edir

Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə yaradılan “Qardaş Briqada” layihəsi çərçivəsində Çanaqqalaya göndərilən Azərbaycan hərbçilərinin hərbi təlimləri davam edir. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi Tviter səhifəsində məlumat yayıb. Təlimlər Çanaqqalanın 18-ci Mexanikləşdirilmiş Piyada Briqadası Komandanlığının Qərargahında davam etdirilir.

Ətraflı oxu »

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın bir aya atom silahı hazrlamaq üçün lazım olan uranı əldə edəcəyini deyir

Beynəlxalq Elm və Təhlükəsizlik İnstitutunun hesabatında bildirilir ki, İranın son aylar ərzində istehsal etdiyi yanacaq miqdarı ilə bağlı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin məlumatlarını incələdikdə bu ölkənin bir ay sonra atom silahı hazırlaya biləcəyi məlum olur. Hesabatda həmçinin bildirilir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin məlumatları İranın yay ayları ərzində …

Ətraflı oxu »

Alman ekspert Qarabağ müharibəsində pilotsuz uçuş partlarının önəmindən danışdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avropa Xarici Əlaqələr Şurasının (ECFR) tədqiqatçısı, hərbi ekspert Ulrike Franke Almaniyada çap olunan “Stern” nəşrinə Qarabağ müharibəsində kəşfiyyat və döyüş məqsədli pilotsuz uçuş partlarının (PUA) əhəmiyyətin şərh edib. Almaniya və Avropa təhlükəsizlik siyasəti məsələləri üzərində işləyən Frankenin sözlərinə görə, Qarabağ müharibəsinin son döyüşlərinin …

Ətraflı oxu »

Azərbaycanlı milli fəal Kiyanuş Aslani ana dilinə uğrunda həbs cəzasını çəkib azadlığa çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin ana dilinə görə həbs etdiyi azərbaycanlı milli fəal Kiyanuş Aslani 2 il 7 ay həbs cəzası çəkdikdən sonar azadlığa çıxıb. Azərbaycanlı milli fəal sentyabrın 13-də Tehranın “Evin” zindanından azadlığa çıxıb. Kiyanuş Aslaninin Ali Məhkəmədən məhkəmə işinə yenidən baxılmasını tələb etdikdən …

Ətraflı oxu »

Təbrizdə yeni təhsil ilinin başlanğıcı münasibətilə azərbaycanlı fəallar uşaqlara türk dilində kitablar payladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəallar yeni təhsil ilinin başlanması münasibətilə Təbriz şəhərində uşaqlara türkcə kitablar paylayıblar. azərbaycanlə milli-mədəni fəallar bu məqsədlə Təbriz şəhərində tanınmış azərbaycanlı ziyali və yazıçı Əkbər Azad tərəfindən hazırlanıb və nəşr olunan türkcə kitabları paylayıblar. Təbrizdə paylanılan uşaq kitabları əsasən “Yağış”, “Evlər”, …

Ətraflı oxu »

Qanunsuz şəkildə Azərbaycana daxil olub erməni işğalçısına yardım edən İran Xəzərdə Azərbaycan-Tükiyə təlimini qanunsuz adlandırır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qanunsuz şəkildə Azərbaycan ərazisinə daxil olub Xankəndidə erməni işğalçılarına yardım edən İran Xəzərin Azərbaycan sektorunda Azərbaycan-Tükiyə təlimini qanunsuz adlandırır. Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə jurnalistlərlə keçirdiyi mətbuat konfransında sərsəm açıqlamalarla çıxış edib. Xətibzadə Azərbaycanın Türkiyə ilə birgə Xəzər …

Ətraflı oxu »

Qarabağa qanusuz yük daşıyan İran maşınları geri qayıda bilməyəcək

GADTB-nin Mətbuat Mərkəzinin aznews-a istinadən yaydığı məlumata görə, erməni mediası Gorus-Qafan avtomobil yolunda sənədlərin yoxlanılması zamanı Azərbaycan tərəfi iranlı sürücülərə  Azərbaycanın Xarici İşlər Nazirliyindən xəbərsiz qanunsuz Qarabağa getməməyi qətiyyətlə tövsiyə edir. Əks təqdirdə Gorus-Qafan yolunda İranın yük maşınları qayıdan baş, Qubadlı bölgəsində Azərbaycan torpaqlarından buraxılmasına icazə verilməyəcək. Ermənistan tərəfinin yaydığı …

Ətraflı oxu »

Azərbaycan dövlətindən Görus-Qafan yolunda gömrük rüsumu barədə açıqlama

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Dövlət Gömrük Komitəsi ölkə ərazisindən keçən nəqliyyat vasitələrindən yol vergisi və digər gömrük ödənişlərinin alınması ilə bağlı ötən gün bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatlarla bağlı açıqlama yayıb. Açıqlamanın mətnini təqdim edirik: “Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən, ölkə ərazisinə daxil olan …

Ətraflı oxu »