Cümə axşamı , Aprel 25 2024
azfa

Aylıq Arxivlər: Sentyabr 2021

Ərdəbildə azərbaycanlı siyasi məhbus Ruzbeh Piriyə azadlıq tələbilə qrafit və şüarlar yazıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbildə azərbaycanlı milli-mədəni fəallar sentyabrın 15-də İran rejimi tərəfindən yaxalanan və barəsində qondarma ittihamlarla cinayət işi açılan azərbaycanlı mədəni fəal Ruzbeh Piriyə qrafit və şüarlar yazmaqla azadlıq tələb ediblər. Azərbaycanlı fəallar Ruzbeh Pirinin şəkli əks olunan qrafitləri Ərdəbil şəhərinin müxtəlif məhəllələrində divarlara çəkib …

Ətraflı oxu »

İran qanunsuz şəkildə Azərbaycanın Qarabağ bölgəsində çirkli pulları yumaqla məşğul olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi ilə İran həm də sanksiyaların dəlinməsi üçün istifadə etdiyi platformanı itirdi: işğal dövründə Tehran Qarabağda “çirkli pulların yuyulması” mexanizmini qurmuşdu. İrandan Qarabağa gətirilən pullar burada İran rəsmiləri tərəfindən qurulmuş banklar vasitəsilə İrəvanda yenə iranlıların qurduğu banklara ötürülür və …

Ətraflı oxu »

Azərbaycan qanunsuz şəkildə Azərbaycan ərazisində erməni işğalçılarına yardım daşıyan İran sürücülərini yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, erməni mətbuatında Gorus-Qafan avtomobil yolunda İrandan gələn iki yük maşınının sürücüsünün Azərbaycan polisləri tərəfindən saxlanılması ilə bağlı məlumatlar yayılıb. Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, Ehsan Zahidov bildirib ki, saxlanılan sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə daxil olublar: “Ermənistandan qanunsuz yollarla Azərbaycan …

Ətraflı oxu »

Farsların 103 il əvvəl də türklərə qarşı ermənilərə yarım etdiyi bildirilir

GADTB: Tarix elmləri namizədi, dosent Zaur Əliyev Bakının işğaldan azad olunmasının 103 illiyi münasibətilə maraqlı paylaşım edib. O, 1918-ci il 15 sentyabrda Bakı işğaldan azad olunanda azərbaycanlılara və Qafqaz İslam Ordusuna qarşı vuruşanlardan 17 erməni, 9 rus, 10 gürcü zabiti, 1151 erməni əsgəri, 383 rus əsgəri, 4 ingilis əsgəri və …

Ətraflı oxu »

Ermənistanın Tehrandakı səfirliyinin iqtisadi müşaviri İranın İrəvandakı səfiri ilə görüşdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Tehrandakı səfirliyinin iqtisadi attaşesi Qustanyan İranın Ermənistandakı səfiri Bədəxşan Zuhuri ilə görüşüb. O, İrəvandakı İran səfirliyinin iqtisadi və ticarət sektorları ilə Tehrandakı Ermənistan səfirliyi arasında əlaqələrin möhkəmləndirilməsinin yollarını müzakirə edib. Səfir müavini, iqtisadi müşavir və İranın İrəvandakı səfirliyinin iqtisadi ekspertlərinin iştirakı ilə …

Ətraflı oxu »

Azərbaycanlı fəallar Yusif Sələhşur və Əmir Səttari barəsində məhkəmə qərarı çıxarılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, sentyabrın 14-də azərbaycanlı milli-mədəni fəallar Yusif Sələhşur və Əmir Səttari barəsində məhkəmə qərarı çıxarılıb. Azərbaycanlı milli fəallar bu barədə sosial şəbəkədə məlumat paylaşıblar. Rejimin Təbrizdəki Ümumi və İnqilab Məhkəməsinin 15-ci bölməsinin prokuroru Hadi Şəhabi azərbaycanlı milli-mədəni fəal Yusif Sələhşur barəsində “Kommunikasiya sistemi vasitəsilə …

Ətraflı oxu »

Azərbaycanlı müğənni Yaqub Zurufçu dəfn edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçu “Qurd qapısı” qəbiristanlığında dəfn edilib. Mərhum Xalq artistləri Arif Quliyev və Rafiq Hüseynovun (Rəmiş) yanında torpağa tapşırılıb. Əməkdar artist son mənzilə 1 saylı Kliniki Tibbi Mərkəzdən (Semaşko) yola salınır. Vida mərasimində sənətçinin ailə üzvləri, sənət yoldaşları …

Ətraflı oxu »

Alban soylari

Firudin Ağasıoğlu (Cəlilov)  belə bir tarixi sənədi gün işığına çıxardı. Belə ki, 1723-cü ildə 4 Qarabağ (erməniləşmiş alban) məliyi Rusiya çarına göndərdiyi məktubda şikayət edirlər ki, ləzgilər və yerli Alban türkləri vaxtaşırı onlarla savaşır. Bu, albanların türk mənşəli olmasının bir sübutu ola bilər. Alban tayfa ittifaqına daxil olan tayfalardan biri …

Ətraflı oxu »

Bakının erməni-bolşevik işğalından azad olunmasından 103 il ötür

GADTB: Bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür. Azərbaycan paytaxtının azadlığından 103 il ötür. 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son …

Ətraflı oxu »

GADTB-nin tanınmış azərbaycanlı sənətçi Yaqub Zurufçunun dünyasını dəyişməsi münasibətilə başsağlığı mesajı

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə tanınmış azərbaycanlı sənətçi Yaqub Zurufçunun dünyasını dəyişməsi münasibətilə onun ailəsi və millətimizə başsağlığı mesajı ünvanlayıb. Sayın Əjdər bəy Tağızadənin başsağlığı mesajının bir hissəsində deyilir: “Azərbaycanın əməkdar artisti, güneyli müğənni Yaqub Zurufçunun dünyasını dəyişməsi bizi də kədərləndirdi. Güneyli sənətkarın …

Ətraflı oxu »