Cümə axşamı , Mart 28 2024
azfa

Gündəlik Arxivlər: Sentyabr 26, 2022

Avropa Şurasından İran qarşısında tələb: “Etirazçılara qarşı zorakılığa dərhal son qoyulsun”

GADTB: Avropa Şurası yaydığı bəyanatda İran hökumətini ölkədə davam edən etirazların zorakılıqla yatırılmasını dərhal dayandırmağa və vətəndaşların internetə çıxışına, sərbəst məlumat axınına zəmanət verməyə çağırıb. Qurum İslam Respublikası tərəfindən dinc etirazlara qarşı qeyri-adekvat və geniş yayılmış zorakılığı, internet və vətəndaşların sosial şəbəkəyə çıxışını kəsməsini əsassız və qəbuledilməz adlandırıb. Avropa Şurası …

Ətraflı oxu »

Ukrayna Xersonda İran PUA-larının olduğu mərkəzi məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna ordusu Xerson vilayətində İran PUA-larının idarə olunması və hazırlığı mərkəzinə zərbələr endirib. Bu barədə ukraynalı hərbi jurnalist Andrey Çaplienko məlumat yayıb. “Kəşfiyyat mərkəzin Skadovsk rayonunun Çulakova kəndində yerləşməsi haqda məlumat əldə edib. Sonrası isə aydındır. 20-yə yaxın PUA məhv edilib”, – jurnalist …

Ətraflı oxu »

İran qüvvələrinin qətlə yetirdiyi azərbaycanlı gəncin bacısı qardaşının məzarı üstündə saçlarını kəsdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Qəzvin bölgəsində azərbaycanlı gənc Cavad Heydəri keçirilən etirazlar zamanı İran qüvvələrinin açdığı atəş nəticəsində şəhid olub. Rejimin qüvvələri azərbaycanlı gənci baş nahiyəsindən atəş açmaqla qətlə yetiriblər.    Cavad Heydərinin bacısı İran rejiminin repressiv siyasətinə etiraz olaraq qardaşının məzarı üstündə saçını kəsərkən …

Ətraflı oxu »

İran rejimi azərbaycanlı fəal və kinorejissor Məhəmməd Siyaməkniyanı həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Təbrizdə azərbaycanlı fəal və kinorejissor Məhəmməd Siyaməkniyanı həbs edib. Azərbaycanlı fəal sentyabrın 24-də kütləvi etirazlarla əlaqədar İranıbn ETTELAAT qüvvələri tərəfindən yaxalanaraq naməlum yerə aparılıb. “Ağacdələn”, “Dil” kimi bir çox qısametrajlı və sosial mövzulu sənədli filmlərin yaradıcısı olan təbrizli rejissorun etirazların …

Ətraflı oxu »

Güney Azərbaycanın və İranın bəzi şəhərlərin etirazlar davam edib-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, gecə boyu Güney Azərbaycanın Təbriz, Kərəc, Qəzvin, Tehran və s. şəhərlərində irqçi fars rejimə qarşı etirazlar davam edib. Təbrizin Rüşdiyyə bölgəsində möhtəşəm etiraz mitinqi keçirilib, sürücülərdə davamlı siqnalla onlara qoşulub. Rejimin məmurları etirazçılara hücum edib. Kərəc və Tehranın müxtəlif məhəllələrində və Qəzvin vilayətində …

Ətraflı oxu »

İrqçi fars-molla rejimi gənc azərbaycanlı qızı 6 güllə ilə şəhid etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, cinayətkar molla rejimi Güney Azərbaycanın Kərəc şəhərində gənc azərbaycanlı qız Hədis Nəcəfini vəhşicəsinə gülləboran edərək şəhid edib. Hökumət qüvvələri etirazlarda yaylığını açıb atmağa çağıran 20 yaşlı Hədis Nəcəfini güllələyiblər. Rejimin məmurları vəhşicəsinə günahsız azərbaycanlı qıza 6 güllə vurublar.

Ətraflı oxu »