Şənbə , Oktyabr 1 2022
azfa

Gündəlik Arxivlər: Sentyabr 19, 2022

İran diplomatından Azərbaycana qarşı çağırış: “İran Ermənistan ərazisinə daxil olmalıdır”

GADTB: İranın “Tahririeh” saytı kəskin anti-Azərbaycan mövqeyi ilə tanınan iranlı diplomat Əbülfəzl Zöhrevənddən müsahibə alıb. Ermənistan-Azərbaycan qarşıdurması və Zəngəzur dəhlizi ilə bağlı qərəzli fikirlər səsləndirən diplomat Azərbaycanı “Bakı Respublikası” adlandırıb: “İki ölkə prezidentlərinin görüşündən bir neçə həftə sonra Ermənistanla “Bakı rejimi” arasında hərbi qarşıdurmanın yeni mərhələsinin başlanması ermənilərlə Bakı arasındakı …

Ətraflı oxu »

Azərbaycan Fransaya nota verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, sentyabrın 19-da Fransanın Azərbaycandakı səfiri Zakari Qross Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb və görüş zamanı bir gün öncə Fransadakı Azərbaycan səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən hücumla bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib. Görüşdə Azərbaycan xarici işlər nazirinin …

Ətraflı oxu »

Azərbaycanlı siyasi məhbus Zeynəb Həmrəng Evin zindan;nda aclıq aksiyasına başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın “Evin” zindanında həbsdə saxlanılan azərbaycanlı müəllim və siyasi fəal Zeynəb Həmrəng aclıq aksiyasına başlayıb. Zeynəb Həmrəng Azərbaycan Respublikasının vətəndaşı olan məhbusa İran rejiminin qeyri-insani davranışına etiraz edib. Azərbaycanlı müəllim və siyasi məhbus sentyabrın 14-də Evin zindanında həbs dövrünü yaşayan və Azərbaycan Rspublikasından …

Ətraflı oxu »

İrana sığınan üzdəniraq “Hüseynçilər” əsil xain olduqlarını bir daha sübut etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, vətənə xəyanət edib İrana sığınan üzdəniraq “Hüseynçilər” bir daha işğalçı Ermənistan və İranın mövqeyini dəstəkləməklə əsil vətən xaini olduqlarını sübut etdilər. Onlar utanmadan Zəngəzur dəhlizi ilə bağlı İran rəsmilərinin ittihamlarını təkrarlayıblar. İrana sığınan və bu ölkənin ETTELAAT İdarəsi, Sepah və Qum şəhərində yerləşən …

Ətraflı oxu »

Məktəblərin açılması münasibətilə Urmuda uşaqlara türk dilində kitablar paylandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəallar sentyabrın 18-i axşam saatlarında Məktəblərin açılması münasibətilə ana dili ilə bağlı aksiya keçirib. Onlar Azərbaycanlı fəallar aərbaycanlı uşaqlara türk dilində çap edilmiş kitablar paylamaqla dilləri qadağan edilmiş uşaqları öz dillərində kitab oxumağa alışdırmağa və irqçi fars rejimin Azərbaycan türkcəsini qadağan …

Ətraflı oxu »

İranın Sepah terror təşkilatı Azərbaycana qarşı böhtan yağdırmağa davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Sepah-a bağlı telegram kanalı Azərbaycan Respublikasına qarşı təhqiramiz ifadələr işlədib, yalan və böhtan dolu xəbərində yazıb: “Türkiyə və İsrail rejimlərinin dəstəklədiyi Bakı rejiminin saxta ordusu Qarabağ sakinlərinin (ermənilərin) başını kəsərək dəhşətli cinayətə əl atıb. Dövrün Şimrini tanı!”. Qeyd edək ki, işğalçı Ermənistan ordusu …

Ətraflı oxu »

Urmiya gölü yatağında gölün quqrudulmasına etiraz edərkən yaxalanan fəallar sərbəst buraxılıblar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, sentyabrın 17-də Urmiya gölü yatağında gölün quqrudulmasına etiraz edərkən yaxalanan fəallar sərbəst buraxılıblar. Yaxalanan azərbaycanlı milli-mədəni fəallar Əli Hacməhəmmədi, Həsən Rəvani və Adil İskəndəri ittihamları izah etmək üçün dünən Ümumi və İnqilab Prokurorluğunun 10-cu istintaq bölməsinə aparılıblar. Sonra Ümumi və İnqilab Prokurorluğunun 10-cu …

Ətraflı oxu »