Gündəlik Arxivlər: Yanvar 30, 2023

GADTB-nin 31 yanvar- Məhəmməd Əmin Rəsulzadənin doğum günü münasibətilə bildirişi

GADTB: 31 yanvar Azərbaycan Xalq Cümhuriyyətinin banisi, böyük türkçü, dövlət və ictimai xadim, siyasətçi və publisist, Azərbaycan Türk Millətinin dahi öndəri Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətini qurmaqla yanaşı həm də Azərbaycanın güneyinə xüsusi diqqəti …

Ətraflı oxu »

Mühəqqiq Ərdəbili Universitetində Pişəvərinin fotoları yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycanın Ərdəbil şəhərinin Mühəqqiq Ərdəbili Universitetində 1945-ci il Cənubi Azərbaycanda Milli Hökumətin qurucusu Seyid Cəfər Pişəvərinin foto və posterləri yayılıb. Azərbaycanlı öyrəncilər universitet binası və divarlarına yapışdırılan fotoların altında Pişəvərinin 1945-ci ildə dediyi “Azərbaycan bütün İranla bir yerdə Hindistan kimi İngiltərə …

Ətraflı oxu »

Blinken: “İranın nüvə silahı əldə etməsinə mane olmaq üçün bütün variantlar, o cümlədən hərbi variant masa üzərindədir”

GADTB: ABŞ dövlət katibi Entoni Blinken “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib ki, Vaşinqton İranın nüvə silahına yiyələnməsini qarşısını almaq üçün hərbi əməliyyatları istisna etmir. Dövlət katibi bazar günü Yaxın Şərqə səfəri zamanı bildirib ki, İranla bağlı bütün variantlar nəzərdən keçirilir. Hərb variantının olub-olmadığına dair suala cavabında, Blinken bunu istisna etməyib. “Bütün …

Ətraflı oxu »

Mühəqqiq Ərdəbili Universitetində azərbaycanlı öyrəncilər əhalini Xoyun zəlzələ bölgəsinə yardıma çağırış ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Mühəqqiq Ərdəbili Universitetində azərbaycanlı öyrəncilər əhalini Xoyun zəlzələ bölgəsinə yardım etməyə çağırış ediblər. Onlar “Vətən adına birlik yaraşır” və “Azərbaycan başın sağ olsun- Xoy təsliyyət” şüarları yazılmış plakatlar nümayiş etdirməklə Xoyda zəlzələdən əziyyət çəkən əhalisinə yardıma dəvət ediblər. Qeyd edək ki, irqçi …

Ətraflı oxu »

Azərbaycanlı fəallar Tehran və Təbrizdə Azərbaycan səfirliyi və konsulluğunun qarşısına gül çələngləri qoydular

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycandan olan azərbaycanlı milli-mədəni fəallar Azərbaycan Respublikasının Tehrandakı səfirliyi və Təbrizdə Azərbaycan konsulluğunun qarşısına gül çələngləri qoydular. Onlar bu yolla terror hücumu nəticəsində həyatını itirən Orxan Əsgərovun xatirəsini anıblar. Həmçinin yanvarın 29-da Təbrizdə molla rejimi konsulluq qarşısını mühasirəyə alıb əhalinin yaxınlaşmasına mane …

Ətraflı oxu »

Azərbaycanlıların Laçın yolundakı etiraz aksiyası 50-ci günündə davam edir

GADTB: Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 50 gündür davam edir. Havanın şaxtalı olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə …

Ətraflı oxu »