Çərşənbə axşamı , Mart 19 2024
azfa

Gündəlik Arxivlər: Mart 13, 2023

Xankəndidə ermənilər müharibəyə hazırlıq üçün sığınacaqlar hazırlayırlar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qarabağa Ermənistandan silah daşınmasından sonra Xankəndidə aktivlik başlayıb. Dünən qondarma rejimin “təhlükəsizlik şurası”nın təcili “iclas”ından sonra bu gün “dövlət naziri” Qurgen Nersisyan bütün“mülki müdafiə xidmətləri” və “rayon başçılarının toplantısını” təşkil edib. Nersisyan görüş zamanı mülki müdafiə üçün qısamüddətli və uzunmüddətli fəaliyyət planının hazırlanması …

Ətraflı oxu »

Ərakda Müəllimlərin Həmkarlar İttifaqının fəalı Məhəmməd Sadiqi həbs edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Müəllimlərin Həmkarlar İttifaqları Təşkilatlarının Koordinasiya Şurası məlumat verib ki, molla rejimi martın 10-da Ərakda Müəllim Həmkarlar İttifaqı fəalı Məhəmməd Sadiqini oğurlayaraq, yaxalayıb. Sadiqi 8 martda keçirilən ümummilli mitinqdə iştirak edib və hazırda Ərakda rejimin Polisinin Təcridxanasında həbsdə saxlanılır. Qeyd edək ki, həmin gün …

Ətraflı oxu »

Azərbaycanlı fəallar Tehranda vərəqələr yayladı; Tehran qeyri-fars millətlərin sürgün yerinə çevrilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup azərbaycanlı fəal Tehranda martın 12-də Tehran şəhərinin bir çox bölgələrində İran hökumətinin ayrı-seçkilik siyasətlərinə etiraz olaraq üzərinə şüarlar yazılmış vərəqələr yayıblar. Azərbaycanlı fəallar bununla son yüz ildə Azərbaycan millətinə qarşı sistematik ayrı-seçkiliyə reaksiya verib və xalqı xilas etməyin yeganə yolunun müstəqillik …

Ətraflı oxu »

İran Suriyanı narkotik istehsalı mərkəzinə çevirib: Üç milyon “cihad həbi” saxlanıldı

GADTB: İraq hakimiyyəti İraq-Suriya sərhədindəki əl-Qaim şəhərində üç milyon “Captagon” tableti daşıyan yük maşınını saxlayıb. Bu həb radikal islamçı yaraqlılar arasında populyarlığına görə “cihad həbi” kimi tanınan amfetamin tipli stimullaşdırıcıdır. Qeyd olunur ki, həblər soyuducu yük maşını ilə daşınan alma qutularında gizlədilib. Bildirilir ki, əl-Qaim “İran tərəfindən dəstəklənən İraq silahlılarının …

Ətraflı oxu »

Azərbaycanlı xanım Tahirə Becrəvani 18 ay müddətinə azadlıqdan məhrum edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 2019-cu ilin noyabr etirazlarının qurbanlarından Əli Fütuhinin həyat yoldaşı Tahirə Becrəvani Şəhryarda rejimin İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən 18 ay həbs cəzasına məhkum edilib. Tahirə Becrəvani molla rejimi tərəfindən “rəhbərliyi təhqir etmək”də ittiham edilərək, ona qarşı irəli sürülən ittihamı sübut etmək üçün məhkəməyə …

Ətraflı oxu »

İran Ali Məhkəməsi Həbib Fərəcullah Çəəbin ölüm hökmünü təsdiqləyib

GADTB: İran Ali Məhkəməsi “Hərkah ən-Nizal əl-Həvaz”ın (Əhvazın Azadlığı Uğrunda Ərəb Mübarizə Hərəkatı) qurucusu Həbib Osyod kimi tanınan Həbib Fərəcullah Çəəbin ölüm hökmünü təsdiqləyib. İsveç vətəndaşı olan 48 yaşlı Həbib Osyod 2019-cu ilin oktyabrında Türkiyəyə səfəri zamanı İran İslam Respublikasının təhlükəsizlik agentləri tərəfindən qaçırılıb. Məlumatlara görə, bu aksiya İslam Respublikasının …

Ətraflı oxu »