Cümə axşamı , Dekabr 26 2024
azfa

Gündəlik Arxivlər: Noyabr 4, 2023

Urmiya şəhərində tibb işçiləri etiraz aksiyası keçiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya şəhərində tibb işçiləri etiraz aksiyasına başlayıblar. Xomeyni adına Xəstəxananın narazı tibb işçiləri qeyri-kafi dolanışıq şəraitləri və molla rejimi tərəfindən heç bir qayğı göstərilməməsi səbəbindən etiraza qalxıblar. Onlar gördükləri işin qarşısında ehtiyaclarını ödəyəcək səviyyədə əmək haqqı almalarını tələb ediblər.

Ətraflı oxu »

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil edib

GADTB: Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşü çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub. Sərgidə Osmanlı İmperiyasının nadir incilərindən olan Yıldız Sarayının arxivindən seçilmiş, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, …

Ətraflı oxu »

Molla rejimi hicaba görə 50 öyrənci cəzalandırıldı

GATB: İrqçi fars-molla rejimi hicaba görə 50 öyrənci cəzalandırıb. Tehrandakı universitetlərdə və ətraf küçələrdə qız örəncilərin geyiminə nəzarət etmək üçün hicab nəzarətçiləri yerləşdirilib. Məlumata görə, Tehran Universitetinin 50-dən çox qız tələbəsi məcburi hicaba tam riayət etmədiklərinə görə töhmət və təhsildən uzaqlaşdırılma ilə cəzalandırılıblar. Qeyd edək ki, tələbə fəallarının sözlərinə görə, …

Ətraflı oxu »

Azərbaycan türkcəsində yazılan iki roman İran adlanan yerdə festivalın final mərhələsinə yüksəldi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 3-də Tehranda keçirilən “Mehrqan” ədəbi festivalının mükafatlandırma mərasimində Ruqiyə Kəbirinin “Mor ağacının qəribə gözləri” romanı və Səməd Rəhmani Xiavinin “Sevməyə vaxt yoxdur” romanı 21-ci və 22-ci nəşrlər üçün qısa siyahıya salınıb. Festivalın mükafatlandırma mərasimində tanınmış azərbaycanlı yazıçı Ruqiyə Kəbiri Azərbaycan türkcəsinə çıxış …

Ətraflı oxu »

ASALA terror təşkilatı Qarabağa görə bəyanat yaydı

GADTB: ASALA terror təşkilatı yeni video yayıb. Videoda üzü bağlı olan üç terrorçu Qarabağda baş verənlərə görə günahın Nikol Paşinyanda olduğunu və onun cəzalandırılacağını bəyan ediblər. ASALA-nın adından yayılan bu bəyanat Ermənistanda ciddi müzakirələrə səbəb olub. Paşinyana qarşı Qarabağla bağlı ittihamlar fonunda 1999-cu il ssenarisinin – parlamentin gülləboran edilməsi – …

Ətraflı oxu »

Həbsdə olan azərbaycanlı milli fəalın sağlıq durumu pisləşib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iki aya yaxındır ki, Təbrizdə rejimin ETTELAAT İdarəsinin təcridxanasında həbsdə saxlanılan azərbaycanlı milli fəal Seyid Məhəmmədrza Müvəhhid miqren və kəskin baş ağrısından əziyyət çəkir. Azərbaycanlı fəalın yaxınlarının sözlərinə görə, o, ailəsi ilə telefon əlaqəsi zamanı miqren xəstəliyi nəticəsində baş ağrılarının artdığını və təhlükəsizlik …

Ətraflı oxu »