Çərşənbə , Fevral 21 2024
azfa

Gündəlik Arxivlər: Dekabr 3, 2023

Həbs edilən azərbaycanlı reper nəhayət ailəsi ilə telefon əlaqəsi saxlaya bilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı reper nəhayət ailəsi ilə telefon əlaqəsi saxlaya bilib. Azərbaycanlı milli fəallara dəstək üçün rep mahnısı ifa etdikdən sonra molla rejimin həbs etdiyi təbrizli repçi Elşən bir neçə gündən sonra nəhayət ki, ailəsi ilə qısa telefon əlaqəsi saxlayıb. …

Ətraflı oxu »

Güney Azərbaycanda reperlər azərbaycanlı məhbuslara dəstək aksiyası keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda reperlər azərbaycanlı məhbuslara dəstək aksiyası keçiriblər. Bu məqsədlə Təbrizdə azərbaycanlı reperlər həbs edilən repçi Milad Cəlili (Elşən) və digər siyasi məhbuslara dəstək olmaq üçün toplaşaraq etiraz aksiyası keçiriblər. Qeyd edək ki, Elşən təxəllüsü ilə tanınan azərbaycanlı reper Milad Cəlili noyabrın 28-də …

Ətraflı oxu »

Molla rejimin həbs etdiyi azərbaycanlı siyasi məhbuslara psixoloji təzyiqi davam edir

GADTB: Molla rejimin həbs etdiyi azərbaycanlı siyasi məhbuslara psixoloji təzyiqi davam edir. Azərbaycanlı milli fəalların Təbrizdə rejimin ETTELAAT İdarəsi tərəfindən həbsindən 3 aya yaxın vaxt keçməsinə baxmayaraq, bu məhbusların hələ də ailələri ilə əlaqə saxlamaq hüququ yoxdur və psixoloji təzyiq altındadırlar. Yürüş Mehrəlibəyli və Əli Babai kimi azərbaycanlı siyasi məhbuslar …

Ətraflı oxu »

Molla rejimi azərbaycanlı milli fəalın dosyesini məhkəməyə göndərdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəalın dosyesini məhkəməyə göndərib. Dünən azərbaycanlı milli fəal Peyman İbrahim Dinvəri barəsində açılan iş “hakimiyyətə qarşı təbliğat aparmaq, kiber məkanda xaos yaratmaq və rəhbəri (Xameneyi) təhqir etmək” ittihamları üzrə araşdırılması üçün Təbrizdə rejimin İnqilab Məhkəməsinin 1-ci şöbəsinə göndərilib. …

Ətraflı oxu »

Molla rejimi Urmiyanın məşhur voleybol klubu ləğv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Urmiya şəhərinin “Durnalar” Voleybol Klubunu ləğv etdi. Maliyyə problemini bəhanə edən rejimin Qərbi Azərbaycan vilayətinə təyin etdiyi kürd vali klubu ləğv edib. İdman və Gənclər Nazirliyi və başqa əlaqədar dövlət idarələri klubun maliyyə problemlərinin həlli üçün heç bir …

Ətraflı oxu »