Cümə axşamı , Oktyabr 15 2026
azfa

Molla rejimi Urmiyanın məşhur voleybol klubu ləğv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Urmiya şəhərinin “Durnalar” Voleybol Klubunu ləğv etdi.

Maliyyə problemini bəhanə edən rejimin Qərbi Azərbaycan vilayətinə təyin etdiyi kürd vali klubu ləğv edib.

İdman və Gənclər Nazirliyi və başqa əlaqədar dövlət idarələri klubun maliyyə problemlərinin həlli üçün heç bir iş görməyiblər.

Bu, “Durnalar” komandasının voleybol üzrə birinci liqada 9 qələbə və 2 məğlubiyyətlə öz qrupunda ikinci pillədə qərarlaşması yüksək liqaya qalxmaq üçün ən şanslı komanda hesab edilidiyi bir vaxta təsadüf edib.

Klub məcburiyyət qarşısında fəaliyyətini dayandırması ilə bağlı bəyanat yayıb və urmiyalılardan, eləcə də klub üzvlərindən üzr istəyib.

Qeyd edək ki, güclü komandalarına və ulduz oyunçularına, İran və Asiya çempionatındakı çox saylı qələbələrinə görə Urmiya İran voleybolunun paytaxtı adlanır. Lakin irqçi fars-molla rejimi Qərbi Azərbaycan və Urmiyanı kürdləşdirmək məqsədilə bu vilayətə digər kürd vilayətindən bir şəxsi vali təyin edib və Durnalar klubunun da ləğv edilməsi molla rejimin bu istiqamətdə atdığı addımlar sırasındadır.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …