Gündəlik Arxivlər: İyun 23, 2024

Tatarıstan rəhbərliyi Rüstəm Minnixanov Türkiyəni strateji dost adlandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tatarıstan rəhbəri Rüstəm Minnixanov “CNN Türk”ə müsahibəsində deyib ki, Türkiyə Tatarıstan üçün strateji tərəfdaşdır. Minnixanov Türkiyə ilə Tatarıstan arasındakı münasibətlərin güclü və strateji tərəfdaşlıq çərçivəsində olduğunu deyib: “Çətin günlərdə kimin əsl dost olduğunu anlamaq olar. Türkiyə ölkəmizin əsl və strateji tərəfdaşıdır”. Minnixanov Türkiyə …

Ətraflı oxu »

Hüseyn Nikasa Təbrizdə zindana köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Hüseyn Nikasa rejim əleyhinə təbliğat ittihamına görə 8 aylıq həbs cəzasını çəkmək üçün Təbrizdə rejimin  zindanına köçürülüb. Bu barədə azərbaycanlı siyasi məhbus Salar Tahir Əfşarın bacısı Sevda Tahir Əfşar sosial şəbəkədə paylaşımda məlumat verib. O bildirdi ki, Hüseyn Nikasa dünən sistemə qarşı təbliğat …

Ətraflı oxu »

Rəisini tənqid etdiyinə görə azərbaycanlı xanım 2 il həbsə məhkum edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı vəkil və insan haqları müdafiəçisi Qasım Bodi Təbriz sakini olan azərbaycanlı xanımın helikopter qəzasında ölən İran keçmiş prezidenti İbrahim Rəisini tənqid etdiyinə görə həbs olunduğunu bildirib. Azərbaycanlı vəkil bununla bağlı yazıb: “İyunun 8-də 45 yaşlı, iki uşaq anası və ailə başçısı olan …

Ətraflı oxu »

Azərbaycanlı milli fəal Tahir Nəqəvi yenidən həbsxananın tibb mərkəzinə köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli fəal Tahir Nəqəvi yenidən həbsxananın tibb mərkəzinə köçürülüb Bu haqda azərbaycanlı vəkil Sina Yusifi məlumat verib. Qeyd edək ki, Tahir Nəqəvi 5 aydır ki, dinc siyasi fəaliyyətinə görə Tehranda Evin zindanında qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır. Tahir Nəqəvi və Hüseyn Pirinin də …

Ətraflı oxu »