GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 440 vəkil İran Ədliyyəsinin başçısı Mohsen Ejeiyə göndərdikləri məktubda azərbaycanlı vəkil Rza Fəqihi barəsində çıxarılan qərara etiraz ediblər. Onlar bu ədalətsiz və qərəzli qərarın yanlış oldularını bildiriblər. “Hökumətlər vəkillərə lazımsız müdaxilələr, hədə-qorxular etməməli, onların peşə fəaliyyətlərin normal yerinə yetirmək üçün imkan yaratmalıdırlar” – …
Ətraflı oxu »Aylıq Arxivlər: Noyabr 2024
GADTB başqanı sayın Əjdər bəy Tağızadənin COP29 tədbirində çıxışı-Şəkil
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə noyabrın 16-da COP29 tədbirində çıxış edib. Sayın Əjdər bəy Tağızadə COP29 tədbirində çıxış edərkən, özünün 40 milyonluq Güney Azərbaycandan olması, Azərbaycan Respublikasında 10 milyon, lakin Güney Azərbaycanda 40 milyon Azərbaycan türkünün yaşaması …
Ətraflı oxu »Bir qrup azərbaycanlı milli fəal Ərdəbildə Rəhim Novruzinin məzarını ziyarət ediblər
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup azərbaycanlı milli fəal Ərdəbilin Behişt Zəhrayi məzarlığında Rəhim Novruzinin ailəsinə baş sağlığı verib, onun doğum gününü qeyd ediblər. Görüşdə Güney Azərbaycanlı sənətçi Səccad Colani və fəal Məhəmməd Xakpur “Ulduz bala, günəş bala, ay bala” mahnısını ifa ediblər. Tanınmış azərbaycanlı fəal Abbas …
Ətraflı oxu »Azərbaycanlı fəallar Evin zindanında həbsdə saxlanılan Araz Əmanın ailəsi ilə görüşüblər
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəallar Evin zindanında həbsdə saxlanılan Araz Əmanın ailəsi ilə görüşüblər. Görüşdə Araz Əmanın qardaşı Mehdi Əman Arazın necə həbs edilməsi və son vəziyyəti barədə məlumat verib. Onun sözlərinə görə qardaşı yaxalanan zaman məmurlar tərəfindən mənəvi və fiziki işgəncələrə, eləcə də təhqirlərə məruz …
Ətraflı oxu »Azərbaycanda Milli Dirçəliş Günüdür
GADTB: Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur. Bu günün tarixi 1988-ci ilin 17 noyabrında başlayan “Meydan hərəkatı” ilə bağlıdır. 1988-ci il noyabrın 17-də Azadlıq meydanına toplaşan yüz minlərlə insan keçmiş sovetlərin Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edib. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda …
Ətraflı oxu »Molla rejimin həbs etdiyi azərbaycanlı fəal Mürtəza Pərvin müalicədən məhrumdur
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı fəal Mürtəza Pərvin müalicədən məhrum edilib. Uzun müddətdir ki, xroniki bel diskin ağrılarından əziyyət çəkən Mürtəza Pərvin Evin zindanında ağır şəraitdə saxlanılmağa davam edir. Yaxınlarının verdiyi məlumata görə Mürtəza Pərvinin ağrılarını azaltmaq üçün ona həbsxana məsulları tərəfindən …
Ətraflı oxu »Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) qurulmasının 41-ci ildönümü ilə bağlı “Solotürk”dən nümunəvi uçuş
GADTB: Türkiyə Hərbi Hava Qüvvələrinin “Solotürk” aerobatika komandası Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) qurulmasının 41-ci ildönümü və Respublika Günü münasibətilə Girne şəhərində nümunəvi uçuşlar həyata keçirib. Məlumata görə, minlərlə insan “Solotürk”ün F-16 təyyarələri ilə həyata keçirdiyi uçuşları izləyib. Tədbir iştirakçıları, komandanın hərəkətlərini alqışlarla qarşılayıb. Həmçinin qayığı olanlar xüsusi olaraq bu …
Ətraflı oxu »Kosmik agentlik rəhbərlərinin Bakı bəyannaməsi qəbul edilib
GADTB: COP29 çərçivəsində keçirilən Kosmik Agentliklərin Liderlərinin Sammitində Bakı bəyannaməsi qəbul edilib. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyətinin sədri Saməddin Əsədov deyib. S.Əsədov bildirib ki, bəyannaməyə əsasən, ölkələr kosmosla bağlı strategiya və proqramlarını vahid çərçivəyə gətirməyə çalışacaqlar: “O cümlədən, dünyanın müxtəlif yerlərində baş verən təbii fəlakətlərlə bağlı …
Ətraflı oxu »Aylar Həqqinin öldürüldürülməsinin ikinci ildönümü onun məzarı üstündə qeyd edilib
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Aylar Həqqinin vəfatının ikinci ildönümü Təbrizin Vadi Rəhmət qəbiristanlığında, onun məzarı üstündə qeyd edilib. Bu barədə Aylar Həqqinin atası Rəcəb Həqqi Məliki öz sosial media hesabında paylaşım edib. Qeyd edək ki, Məlik-Kəndi (Malekan) şəhərindən olan tibb tələbəsi Aylar Həqqi 2022-ci etirazlarında Təbriz şəhərində …
Ətraflı oxu »Molla rejimin həbs etdiyi azərbaycanlı xanım fəalın məhkəməsi səbəbsiz ləğv edilib
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı xanım fəalın məhkəməsi səbəbsiz ləğv edilib. Rəşt şəhərinin Lakan zindanında həbsdə saxlanılan azərbaycanlı İşçi Hərəkatı fəalı Şərifə Məhəmmədinin məhkəməsi heç bir səbəb olmadan ləğv edilib. Xanım fəalın məhkəməsi noyabrın 14-də Rəşt şəhərinin İnqilab Məhkəməsinin 2-ci bölməsində baş …
Ətraflı oxu »