Cümə , Sentyabr 18 2026
azfa

Molla rejinmi Livanda Hizbullaha silah çatdırmaq üçün Suriya səmasından istifadə edə bilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Suriyanın yeni hökuməti İranın hər hansı uçuşunun ölkə səmasını keçməsini qadağan edib.

Qərar əvvəlcə yalnız hərbi uçuşlar, o cümlədən silahların və qoşunların təhvil verilməsini nəzərdə tuturdu, lakin indi İranın istənilən uçuşu qadağan edilib.

Təhlükəsizlik mənbələrinin bildirdiyinə görə, bu qərar Suriyada Türkiyə və Qətərin təşviqi və dəstəyi ilə qurulan hökumətin İranın “şər ittifaqı”ndan üz döndərdiyinin ən bariz göstəricisidir.

Təhlükəsizlik mənbələri həmçinin bildiriblər ki, Dəməşqin yeni hökmdarlarının qərarı Hizbullahın hərbi imkanlarını bərpa etməsini çox çətinləşdirəcək.

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …