Çərşənbə axşamı , İyun 17 2025
azfa

Gündəlik Arxivlər: İyun 10, 2025

Xameneyinin müşaviri: “Zəngəzur dəhlizinin açılmasını əngəlləyən məhz İran oldu”

GADTB: İranın ali rəhbəri Əli Xameneyinin müşaviri Əli Əkbər Vilayəti iddia edib ki, “o vaxt bəzi dövlətlər Zəngəzur dəhlizi adı altında Naxçıvanla Azərbaycanı Ermənistan üzərindən birləşdirməyə cəhd edirdilər. Onun sözlərinə görə, guya “bu plan əslində Ermənistanı parçalamaq, İranla Avropa arasında əlaqəni kəsmək məqsədi daşıyırdı”. “Keçmiş ABŞ prezidenti Co Baydenin özünün …

Ətraflı oxu »

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Turk TV”-də “Rusiyadan növbəti həyasızlıq – Bakıdan nə istəyirlər?” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə “Media Turk TV”-də “Rusiyadan növbəti həyasızlıq – Bakıdan nə istəyirlər?” mövzusunda çıxış edib. Sayın Əjdər bəy Tağızadə həmin proqramda çıxışında həmçinin Rusiyanın Azərbaycanın Qarabağ bölgəsini mübahisəli bölgə adlandırması, Rusiyanın daim erməniləri Azərbaycana …

Ətraflı oxu »

Ərdəbildə azərbaycanlı siyasi məhbus Mürtəza Pərvinin yüzlərlə posteri paylanıb

GADTB: Güney Azərbaycanın Ərdəbil şəhərində azərbaycanlı fəal Mürtəza Pərvinin yüzlərlə posteri yayılıb. Ərdəbildə bir qrup azərbaycanlı fəal bazar ertəsi, iyunun 9-da molla rejimin Evin zindanında həbsdə saxladığı azərbaycanlı rəssam və milli fəal Mürtəza Pərvinin şəklini əks etdirən yüzlərlə poster yayıblar. Onlar bu yolla Murtəza Pərvinin qanunsuz həbsinə etiraz edib və …

Ətraflı oxu »

Urmiya millət vəkili uşaqlara türk adları verilməsinə qarşı qadağaya etiraz edib

GADTB: Urmiyanın millət vəkili Salman Zakir parlamentin açıq iclasında Vətəndaş Vəziyyəti Qeydiyyatı İdarəsinin uşaqlara və mağazalara türk adlarının verilməsinə qarşı çıxmasına etiraz edib. Zakir İran Daxili İşlər Naziri və Vətəndaş Vəziyyəti Qeydiyyatı İdarəsi rəsmilərinə xitabən deyib: “Uşaqlarımıza, dükanlarımıza etnik qrupların və dillərin terminləri, titulları, adları qoymağın nə qəbahəti var? Uşaqlarımıza …

Ətraflı oxu »

Güney Azərbaycanın Zəncan bölgəsində təqaüdçülər etiraza qalxıblar

GADTB: Güney Azərbaycanın Zəngan şəhərində təqaüdçül\ər etiraz aksiyası keçiriblər. Rabitə sahəsində çalışmış təqaüdçülər bahalaşan ərzaq və dolanışıq xərcləri qarşısında müavinətlərinin yetərsiz olması və tələblərinin hökumət tərəfindən yerinə yetirilməməsindən şikayətlənirlər. Video: https://t.me/GADTB1/42868

Ətraflı oxu »

ETTELAAT azərbaycanlı idmançının azadlığa buraxılmasına qarşı çıxır

GADTB: Molla rejimin Təbrizdə həbs etdiyi azərbaycanlı idmançı Kərim İsmailzadə qeyri-qanuni müvəqqəti saxlanma başa çatmasına baxmayaraq, ETTELAAT qurumlarının təzyiq və müdaxilələri və məhkəmə orqanlarının maneələri səbəbindən hələ də zaminə buraxılmayıb və həbsdə qalır. İsmailzadənin vəkili Əsgər Məhəmmədinin sözlərinə görə, idmançının ailəsi ilə dəfələrlə müraciət etməsinə baxmayaraq, işin hakimi ittihamedici sübutların …

Ətraflı oxu »