Şənbə , Aprel 11 2026
azfa

21 Azərin yaxınlaşması münasibətilə Təbrizdə uşaqlara Azərbaycan türkcəsində kitablar paylandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda 21 Azər- Milli Hökumətin qurulmasının 76-cı ildönümün yaxınlaşması münasibətilə azərbaycanlı milli-mədəni fəallar uşaqlara Azərbaycan türkcəsində kitablar payıblar.

Ötən illərdə olduğu kimi bu il də Güney Azərbaycanın Təbriz şəhərinin müxtəlif bölgələrində azərbaycanlı fəallar uşaqlara Azərbaycan türkcəsində çap edilmiş kitablar hədiyyə ediblər.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəallar bu işlə azərbaycanlı uşaqlara Azərbaycan türkcəsini öyrətməyə cəhd göstərməklə yanaşı, İran rejiminin Azərbaycana qarşı müstəmləkə siyasətinə və Azərbaycan türkcəsində təhsili qadağan etməsinə də etiraz edirlər.  

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Çinin molla rejiminə yeni hava hücumundan müdafiə sistemləri göndərməkdə olduğu deyilir

GADTB: CNN ABŞ kəşfiyyatının qiymətləndirmələrinə istinadən elan edib ki, Çin qarşıdakı həftələrdə İran İslam Respublikasına …