Cümə axşamı , May 15 2025
azfa

4 ölkə Aralıq dənizində Türkiyəyə qarşı birləşdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, ABŞ Senatında Şərqi Aralıq Dənizində Təhlükəsizlik və Enerji Əməkdaşlığı haqqındaqanun layihəsi təsdiq olunub.

Layihəyə əsasən, ABŞ, İsrail, Yunanıstan və Cənubi Kipr arasında enerji əməkdaşlığını koordinasiya edəcək mərkəz qurulacaq.

ABŞ Senatının Xarici İşlər Komitəsi tərəfindən qəbul edilən layihənin Türkiyənin Şərqi Aralıq dənizinə ikinci qazma gəmisi göndərməsindən sonra təsdiq edilməsi diqqət çəkir.

Layihə həm də Cənubi Kiprə silah satışı ilə bağlı məhdudiyyətlərin aradan qaldırılmasını da ehtiva edir. Yunanıstana 3 milyon dollar dəyərində hərbi yardım göndəriləcək və 2020-2022-ci illər arasında maliyyə büdcəsindən Yunanıstan və Cənubi Kiprə Beynəlxalq Hərbi Təlim yardımları veriləcək.

Qeyd edək ki, Yunanıstan və İsrail Türkiyənin Şərqi Aralıq dənizində enerji axtarışlarını qeyri-qanuni hesab edir və bu məsələni Avropa İttifaqında müzakirə səviyyəsinə qədər qaldırıb.

Həmçinin yoxlayın

Özbəkistanda qədim türk yazılı sikkələr aşkarlanıb

GADTB: Özbəkistanda VI əsrə aid olduğu təxmin edilən türk pulu aşkarlanıb. Göytürk dövrünə aid olduğu …

ABŞ konqresmənləri Trampı İrandakı uran zənginləşdirməsini ləğv etməyə çağırıb

GADTB: ABŞ Konqresindəki 200-dən çox Respublikaçı nümayəndə və senator Donald Trampı İrana qarşı sərt mövqeyinə …

Bir cavab yazın