GADTB: İrqçi fars-molla rejimi 40 milyon azərbaycanlını bütün insani hüquqlarından məhrum etməsi bəs deyil, Azərbaycan əhalisi barədə qərəzli kitablar çap edib, yaymaqla Azərbaycanın daxili işlərinə də qarşırır.
Dünən Tehran Universitetinin professoru və molla rejimin Azərbaycana qarşı yetişdirdiyi və anti-Azərbaycan mövqeyi ilə tanınan Əhməd Kazımi “Beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanda azlıqların vəziyyəti” adlı kitabının Azlıqların Hüquqlarını Araşdırma Mərkəzində bir qrup rejimin yetişdirdiyi anti-azərbaycan üzdəniraq professor və tədqiqatçının iştirakı ilə təqdimat mərasimini keçirib.
Tədbirin keçirilməsində Azərbaycan əleyhinə qərəzli fikirlər səsləndirmək üçün ora talışları, kürdləri və tatları dəvət ediblər.
Misal üçün, iştirakçılar arasında İran Tatşünaslıq Assosiasiyasının sədri Abbas Rəhmani, Tehranda yerləşən Talış Cəmiyyətinin sədri Məcid Neməti Siyahməzeqi, Tehran Azad İslam Universitetinin xarici dillər üzrə professoru Andranik Simonyan, Qafqaz Araşdırmaları Fondunun baş direktoru Cəfər Xaşe, “Hur” Erməni Tərcümə və Tədqiqat İnstitutunun Direktorlar Şurasının sədri İsak Yunanesyan, universitet professoru Hadi Rəhmani Səid, Avrasiya və media üzrə baş elmi işçi Həsən Beheştipur, kürd tədqiqatçısı Cəfər Əbdülməleki var.
Məlumata görə, kitabda Azərbaycanda azlıqların və etnik qrupların vəziyyəti, İrandan etnik qrupların Qafqaz regionuna yayılmasını nəzərə alaraq Azərbaycanda azlıqların vəziyyətinə diqqət və araşdırımaların artırılması zərurətinin səbəbləri araşdırılıb. Kitab dörd bölmə, 16 fəsil və 608 səhifədən ibarətdir.
Molla rejimin Azərbaycana qarşı yetişdirdiyi Əhməd Kazımi tədbirdə deyib: “Çoxmillətli ölkə kimi Azərbaycanda azlıqlar sahəsinin tədqiqində ən mühüm problem bu ölkədəki etnik azlıqlar haqqında mənbələrin və dərc olunan məlumatların “olmaması” sovet tarixşünaslığının təsirindəndir”.