Çərşənbə , İyun 7 2023
azfa

9000 yaşı olan Azərbaycan abidəsini mühafizə üçün tarixi abidəni dövrəyə aldılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanlı milli-mədəni fəalloar Güney Azərbaycanın Meşginşəhr (Xiyav) şəhərində 9000 illik tarixə malik “Şəhər yeri” ərazisinin məhv edilməsinə qarşı çıxmışlar. Fəallar aprel ayının 6-da “Şəhər yeri” ərazisinin ətrafında insan zənciri təşkil etmişlər.

Keçirilən bu simvolik aksiyada Azərbaycanın tarixi ərazisinin məhv edilərək, sıradan çıxarılmasına etiraz edilib. Onlar bu vasitə ilə Mədəni İrs Təşkilatından bu tarixi abidəni mühafizə etməsini tələb ediblər.

Qeyd edək ki, “Şəhər yeri” Meşginşəhrin 30 kilometrliyində, Qarasu çayının kənarında yerləşir. 400 hektar sahəsi olan həmin tarixi ərazinin Qoşatəpə hissəsinin 9000 illik tarixi var. Tarixi ərazidə yerləşən qəbir və daş heykəllərinin isə 4000 illik tarixi olduğu bildirilir. Lakin bu ərazinin Azərbaycana məxsus olduğuna görə irqçi fars rejimi diqqətsizliklə oranın məhv edilməsini qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

GADTB başqanı Əjdər bəy Tağızadənin “arb24 TV”-də “Təbriz böyük inqilab ərəfəsində: İran Bakıya barışıq üçün yalvarmağa başladı?” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney …

İranın Rusiyaya silah satışı müqaviləsi üzə çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Britaniyanın “Sky News” Xəbər Agentliyi İranın Rusiyaya silah …

Bir cavab yazın