Cümə axşamı , Mart 28 2024
azfa

Diktatorların himayədarını dəstəkləyən oliqarxlar çökdürülür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ yeni sanksiyaların siyahısını hazırlayıb. Yanvarda açıqlanan “Forbes”in sanksiya siyahısına hər kəs gülürdü, bu gün isə o qədər də gülməli olmadığı məlum oldu. Bu sözləri rusiyalı müxalif siyasətçi Aleksey Navalnı ABŞ-ın bu gün 38 rusiyalıya sanksiya tətbiq etməsinə münasibət bildirərkən qeyd edib. Navalnı vurğulayıb ki, bu gün təqdim olunan siyahı (SDN siyahısına daxil edilməklə) konkret şəxslərə qarşı konkret sanksiyaları təklif edir və heç olmasa, bu şəxslərdən ən azı birinin biznesinə ağır zərbə vuracaq:

“SDN siyahısına daxil edilməyin nə demək olduğunu xatırladaq. Sanksiya siyahısında adları qeyd olunan hüquqi və fiziki şəxslərə aid istənilən vasitə, daşınmaz əmlak, bank hesabları, kampaniyalardakı haqları və birjalarda satılan qiymətli kağızları blok edilir. Sanksiyalar ləğv edilənə və ya xüsusi icazə verilənə qədər şəxs həmin mülkiyyətlərindən istifadə edə bilmir.

ABŞ-dan olan heç bir hüquqi və ya fiziki şəxs sanksiya siyahısında adları çəkilən şəxslərlə hər hansı bir əməliyyat apara bilməyəcək. Məsələn, bu, ABŞ-a dollarla bank köçürmələrinin mümkünsüzlüyü anlamına gəlir.

Bu gün açıqlanan sanksiyalar barəsində xüsusi nə demək olar?

  1. İqtisadi nöqteyi-nəzərdən Oleq Deripaska və onun bütün kompaniyalarına qarşı tətbiq olunan sanksiyalar hələlik hər hansı bir şəxsə qarşı tətbiq edilən ən ağır və dağıdıcı sanksiyadır. Onun biznesini çox güclü dəyişikliklər gözləyir.
  2. Deripaskanın kompaniyaları faktiki olaraq hər hansı məhsulun ixracı hüququndan və Rusiyadan başqa yerdə hesablaşma aparmaq imkanlarından məhrum olur. RUSAL-ın ikinci bazarı ABŞ hesab olunurdu və bu bazar onlar üçün indi sadəcə bağlıdır. Bundan əlavə, başqa ölkələrin şirkətləri də RUSAL-dan heçnə almayacaqlar, çünki ABŞ bu zaman onları da sanksiya siyahısına əlavə edə bilər.
  3. Keçmiş sanksiyalar konkret şəxsə qarşı sanksiyalar tətbiq olunmamışdan əvvəl bağlanmış müqavilələrin həyata keçirilməsinə icazə verirdi. Bugünkü sanksiyalar isə amerikalıları bütün müqavilələri 5 iyun 2018-ci il tarixinə qədər yerinə yetirmək və ya ləğv etmək məcburiyyətində qoyur.
  4. EN+ və ya digər şirkətlərin səhmləri 7 may 2018-ci ilədək satılmalıdır. Bir ay ərzində!
  5. Putinin “effektiv menecerləri” Miller və Kostinə qarşı tətbiq olunan sanksiyalar potensial olaraq onların istefasına səbəb ola bilər. Müqavilədə Miller və Kostinin soyadları olduğu müddətdə heç bir ABŞ şirkəti “Qazprom” və ya VTB ilə müqavilə bağlaya bilməz. Bəli, Seçin uzun müddətdir belə sanksiyalar altındadır və “Rosneft”in rəhbəri olmağa davam edir, lakin “Rosneft” üçün Seçin olmadan da ABŞ xidmət şirkətləri ilə işləmək və ya hər hansı birgə layihələr həyata keçirmək imkanları sadəcə qapalıdır.
  6. Sanksiya siyahısına düşən digər oliqarxların (Boqdanov, Vekselberq, Şamalov) bəxti Deripaskadan daha çox gətirib, çünki şirkətlərinin hamısı sanksiya siyahısına daxil edilməyib. Lakin onlar da xaricdə biznes və həyat tərzlərini əhəmiyyətli dərəcədə dəyişdirməlidirlər, çünki dünya üzrə bank hesabları ilə ciddi problemlər yaranacaqdır.
  7. Rus mətbuatı bəlkə nəhayət qorxaqcasına “Katerina Tixonovanın Putinin qızı olduğu ehtimal olunur” yazmaqdan əl çəkəcək. Gənc milyarder Kiril Şamalov sənədlərdə birbaşa olaraq Putinin kürəkəni kimi və onun qızı Katerina Tixonovanın əri kimi qeyd olunur.
  8. Usmanov və Abramoviçin olmaması xəyal qırıqlığı yaradır, ancaq ümid edək ki, onların da növbəsi gələcək.
  9. Deyəsən, bu gün Deripaska Vaşinqtondakı evindən məhrum edildi. Köşkə həbs qoyulacaq.

Ümumiyyətlə, ABŞ uzun müddətli təsir göstərməyi nəzərdə tutan sanksiya siyasəti həyata keçirir. Onlar bütün Rusiyanın elitasına sanksiya tətbiq etmirlər, amma onlar, Putinin rejiminə xidmət edən oliqarxlar da daxil olmaqla, müəyyən şəxslərə çox ciddi zərbə vururlar. Deripaskanın nümunəsi digər oliqarxları düşünməyə vadar edəcək.

Biz, Rusiya vətəndaşlarına rus oliqarxları və vəzifəlilərinə qarşı tətbiq olunan fərdi sanksiyalar faydalıdır. Bu insanlar bizim pullarımızı oğurlayır və ölkəmizi yoxsulluq və geriləməyə sövq edirlər.

Amerika yox, rus dövlətinin korrupsiyaçıları izləyəcəyi zaman gələcək. Onda biz bunu yüz dəfə daha güclü edəcəyik”.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın