Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Molla rejimin ayrı-seçilik siyasəti nəticəsində Güney Azərbaycanda mədəni-tarixi sərvətləri yox olmaq təhlükəsi ilə qarşı-qarşıyadır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ayrı-seçilik siyasəti nəticəsində Güney Azərbaycanda mədəni-tarixi sərvətləri yox olmaq təhlükəsi ilə qarşı-qarşıyadır.

Ərdəbildən 65 kilometr və Xiyavdan (Meşkinşəhr) 31 kilometr şərqdəki Qarasu çayı kənarında yerləşən Şəhəryeri kimi tanıdan qədim bölgəki tarixi əsərlər də rejimin ayrı-seçkilik siyasəti nəticəsində məhv olmaqdadır.

Qoşa Təpə, Hərbi Qala və Ağızsız İnsanlar heykəllər hissəsinə bölünmüş 400 hektarlıq ərazi tarixi 8 min il öncəyə söykənən tarixi məntəqədir.

Güney Azərbaycanın tarixi irsini təcəssüm etdirən qədim petroqliflər bölgənin mədəni irsi ilə məşğul olan məmurların fəaliyyətsizliyi ucbatından məhv olmaq ərəfəsindədir. Mədəniyyət xadimlərinin və ictimaiyyətin illərdir etirazlarına baxmayaraq, hakimiyyət bu nadir tarixi əsərləri qorumaq üçün hələ də lazımi tədbirlər görməyib.

Şəhəryeri ərazisində yerləşən Daş baba tarixi əsərləri Ərdəbilin isti yay günəşi və sərt qışının təsirinə məruz qalır. Qismən bərpa etmək üçün kiçik cəhdlərə baxmayaraq, onların bir çoxu artıq çatlamışdır. Mütəxəssislər qeyd edirlər ki, istifadə edilən mühafizə üsulları qeyri-kafidir və standartlara cavab vermir və nəticədə onlar dağılıb gedir.

Həmçinin yoxlayın

Turkish Airlines, AJet və Pegasus İrana giriş-çıxış uçuşlarını ləğv edib

GADTB: “İ24NEWS” çərşənbə axşamı, 22 sentyabr 2026-də məlumat yayıb ki, Turkish Airlines, AJet və Pegasus …

Təbrizdə “Global” işi üzrə zərərçəkənlərin etiraz aksiyası davam edir – Video

GADTB: “Global” adı ilə tanınan iş üzrə bir qrup zərərçəkən dünən, 21 sentyabr 2026, Təbrizdə …