Bazar ertəsi , İyun 1 2026
azfa

Molla rejimi azərbaycanlı milli fəalın mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Tehran Evin zimdanında həbsdə saxlanılan Güney Azərbaycan Milli Hərəkatının fəalı, rəssam Murtaza Pərvinin məhkəmə baş tutub.

6 ay qanunsuz həbsdə tutulan Murtaza Pərvin Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində barəsində irəli sürülən ittihamlara qarşı müdafiə çıxışını edib.

Bildirilib ki, məhkəmə iclası İran hökumətini tənqid edənlərə qarşı sərt hökmlər çıxaran qəddar hakim Əbulqasım Sələvatinin sədrliyi ilə keçirilib.

Hakim qeyd edib ki, Murtaza Pərvin daha öncələr dindirilmədiyi üçün onun məhkəmə iclası növbəti bir neçə günə və ya aylara təxirə salınacaq.

Qeyd edək ki, irqçi fars-molla rejimi Ərdəbildə azərbaycanlı fəal Murtəza Pərvini həbs etməyə cəhd etmişdi. Bu məqsədlə molla rejiminin məmurları oktyabrın 27-də Ərdəbildə heç bir məhkəmə qərarı olmadan azərbaycanlı milli fəal Mürtəza Pərvinin ata evinə hücum edib və axtarış aparmışdılar.

Azərbaycanlı fəal özü evdə olmadığına üçün məmurlar fəala məxsus şəxsi əşyaları, o cümlədən kompüter və onun kitablarını müasdirə edərək, özləri ilə aparıblar.

İrqçi fars-molla rejimin Ərdəbildəki ETTELAAT məmurları ondan neçə gün öncə Ərdəbildə azərbaycanlı milli fəal Murtəza Pərvinə zəng edərək onun ETTELAAT İdarəsinə çağırmışdılar.

Lakin Murtəza Pərvin bunun qanunsuz olduğunu və məhkəmə tərəfindən rəsmi çağırış göndərilmədiyini tələb edərək, ETTELAAT İdarəsinə getməkdən imtina etmişdi.

Azərbaycanlı fəal bundan öncə də dəfələrlə təzyiqlərə məruz qalmışdı. O, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz aksiyasında iştirak etdiyinə görə, Ərdəbilin Ciral parkında yaxalanmışdı.

Həmçinin yoxlayın

Molla rejimi tarixi Azərbaycan ərazisi Mərkəzi əyalətdə daha 75 nəfərin əmlakını  müsadirə edib

GADTB: Molla rejimi müxaliflərin əmlaklarını müsadirə etməsi və dondurması ilə bağlı tədbirlərin davam etdiyi bir …

Urmiya gölünün səviyyəsinin ötən illə müqayisədə artdığı iddia edilir

GADTB: Şərqi Azərbaycan Regional Su Şirkətinin baş direktoru və Urmiya Gölünün Bərpası Qərargahının üzvü Yusif …