Çərşənbə axşamı , Avqust 25 2026
azfa

Azərbaycanlı fəal Tahir Nəqəvi Evin zindanında qeyri-müəyyən vəziyyətdə həbsi beş aydan çoxdur davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı hüquqşünas və fəal Tahir Nəqəvi həbsindən 160 gündən çox vaxt keçməsinə baxmayaraq, hələ də Evin həbsxanasındadır.

Azərbaycanlı fəal həbsindən 169 gün keçməsinə baxmayaraq, Evin həbsxanasının işçilər şöbəsində hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır

Naqəvini bir müddət öncə bu palataya köçürüblər. Bu palatada məhbusların şəraiti çox uyğun deyil; Belə ki, həbsxanada yeməklər məhkumların sayına görə uyğun bölüşdürülmür, üstəlik lazımi sanitar qovşağından da məhrumdurlar.

Qeyd edək ki, 5 aydan çox Evin zindanında həbsdə saxlanılan Tahir Nəqəvi, Hüseyn Piri və bir sıra digər azərbaycanlı siyasi məhbuslar ETTELAAT Nazirliyinin qüvvələrinin qanunsuz davranışlarına etiraz olaraq aclıq aksiyası keçirmişdilər.

Azərbaycanlı fəal fevralın 6-da molla rejimin ETTELAAT məmurları tərəfindən yaxalanmışdır.

Həmçinin yoxlayın

ABŞ molla rejimi ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmini sanksiyaya məruz qoyub

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmiyə …

Molla rejimin həbs etdiyi Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb; məhbus yoldaşları onun təcili xəstəxanaya köçürülməsini tələb edir

GADTB: Ərdəbil Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb. Şiddətli qarın ağrısı …