Şənbə , Oktyabr 17 2026
azfa

Almaniya hökuməti İrana bağlı İslam Mərkəzini bağladı

GADTB: Bu gün Almaniya Daxili işlər Nazirliyi Hamburqda yerləşən və İrana bağlı İslam Mərkəzinin və onun bir sıra filiallarının fəaliyyətini dayandırıb.

Məlumata görə, nazirlik bəyanat yayaraq, mərkəzin və ona bağlı qurumların radikal islamçı məqsədlərə xidmət etdikləri üçün fəaliyyətlərini qadağan etdiyini açıqlayıb.

Bildirib ki, məhkəmənin qərarı ilə Almaniyanın 8 əyalətində təhlükəsizlik qüvvələri sözügedən mərkəzə bağlı 53 məkanda axtarış əməliyyatı həyata keçirib.

Qeyd olunub ki, ölkədə daha dörd şiə məscidi də bağlanacaq. Məscidləri idarə edən İslam Mərkəzi Almaniya kəşfiyyatı tərəfindən ekstremist mərkəz adlandırılıb və mərkəzin tez-tez anti-İsrail təbliğatı apardığı vurğulanıb.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …