Bazar ertəsi , İyul 27 2026
azfa

Azərbaycanlı fəalların alınan mobil telefonları və şəxsi sənədləri ETTELAAT İdarəsi tərəfindən qaytarılmır

GADTB: Bir müddət öncə Babək qalasında həbs edilən Azərbaycan Milli Hərəkatının fəallarının mobil telefonları və şəxsi sənədləri müsadirə edilərək Təbrizdə rejimin ETTELAAT İdarəsinə verilmişdi. Məhkəmə iddiası olmadığı üçün ETTELAAT agentləri bu fəalların cib telefonlarını və şəxsi əşyalarını qanunsuz olaraq qaytarmaqdan imtina edib.

Tutulan Azərbaycan Milli Hərəkatının fəalları Meysəm Colani, Rza Vəqti, Əli Lisani, Mehdi Lisani, Behzad Dəşti və Pejman Səlimi idi. Onlar bir müddət öncə Babək qalasından qayıdarkən yaxalanıb, sənədləri və mobil telefonları götürülüb.

Qeyd edək ki, milli fəallar Babək qalasından qayıdarkən yolda Vinçester tüfəngləri, şokerlər və dəyənəklərlə silahlanmış 20-dən çox ETTELAAT qüvvələri tərəfindən həbs olundular və onlara qanunsuz şəkildə göstərilib. Heç bir günahı olmayan fəallar sərbəst buraxılsa da, ETTELAAT məmurları onların cib telefonlarını və şəxsi əşyalarını qanunsuz olaraq qaytarmaqdan imtina edib.

Həmçinin yoxlayın

Azərbaycan İranın iki media qurumunun fəaliyyətini qanunsuz elan edib

GADTB: Azərbaycan Media İnkişaf Agentliyi (MEDİA) İranın “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin Azərbaycandakı fəaliyyətinin …

Təbrizin Motojen Şirkətinin işçilərinin tətili beşinci gündür davam edir

GADTB: Təbrizdə fəaliyyət göstərən Motojen şirkətinin işçiləri beşinci gündür tətil aksiyasını davam etdirirlər. İşçilərin sözlərinə …