Bazar ertəsi , Noyabr 16 2026
azfa

Molla rejimi türkcə kitabların nəşrini tamamən məhdudlaşdırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı şair, tərcüməçi və mədəni fəal Saleh Səccadi İranın Mədəniyyət və İslami İrşad Nazirliyinin ölkədə türk dilində olan kitabların nəşrinə qarşı qadağa və məhdudiyyətləri gücləndirdiyini bildirib.

Səccadi yazlb ki, burada türklərin milli kimlik, dil və mədəniyyətlərini qoruyub saxlamaq və inkişaf etdirmək üçün fəaliyyətlərinin genişlənməsi ilə eyni vaxtda, buna qarşı qadağalarında tətbiqi də güclənib.

Azərbaycanlı fəal bildirib ki, xüsusilə son 3 ildə türk dilində olan kitabların nəşrinə qadağa və senzura kəskinləşib.

Saleh Səccadi bununla bağlı həmçinin yazıb: “Yaranan vəziyyət türk dilində kitabların nəşrinə, Azərbaycanın tarix, dil və mədəniyyəti ilə bağlı fəaliyyətlərə birmənalı olaraq qadağa kimi dəyərləndirilə bilər”.

Həmçinin yoxlayın

Təbrizdə “Aşıqlar gecəsi” mərasimi: Aşıq sənətinin 40 tanınmış veteran sənətkarı təltif olunacaq

GADTB: Şərqi Azərbaycan Aşıqlar Mədəniyyət və İncəsənət Dərnəyi vilayətin Mədəniyyət və İslami İrşad Baş İdarəsi …

Azərbaycanın Traxtur komandası Asiyanın ən çox azarkeş toplayan ikinci komandası oldu

GADTB: Asiya Futbol Konfederasiyasının açıqlamasına görə, Azərbaycanın Traxtur komandası ilə Birləşmiş Ərəb Əmirliklərinin Əl-Vəhdə komandası …