Çərşənbə , Oktyabr 14 2026
azfa

İraq türkmənləri kürd valinin təyinatına görə etiraza qalxdılar

Kərkük Əyalət Şurasının iclasının Bağdadda keçiriləcəyi xəbərinin dərcindən sonra Kərkükün türkmən və ərəb cəbhələri bu toplantının keçirilməsinə qarşı bəyanatla çıxış ediblər, şura rəhbəri də bu xəbəri təkzib edib.

Şənbə günü Türkmən Cəbhəsinin sözçüsü bəyanat yayaraq, Türkmən Cəbhəsinin iştirakı olmadan istənilən görüş və razılaşmanın etibarsız olduğunu açıqlayıb.

Həmçinin İraq türkmənləri dünən Kərkük əyalətinə Kürdüstan Vətənpərvərlər İttifaqından kürd başçı təyin edilməsinə qarşı etiraz aksiyası keçiriblər.

Etirazçı türkmənlər “Kərkük kürd ola bilməz” şüarı səsləndirərək “Bozqurd” işarəsini nümayiş etdiriblər. Yerli təhlükəsizlik qüvvələri etirazçıları dağıdıblar.

Həmçinin yoxlayın

Azərbaycandan Fransa Xarici İşlər Nazirliyinin başçısının Azərbaycanı hədəf almasına etiraz

GADTB: Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun 13 oktyabr tarixində İqtisadi Əməkdaşlıq və …

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …