Ceyhun Bayramov Türkiyəyə səfərə gedir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov sabah Türkiyəyə səfər edəcək.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə birgünlük səfəri çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşü zamanı Bakı ilə İrəvan arasında sülh prosesini müzakirə edəcək.

Bu barədə Türkiyə mətbuatı diplomatik mənbələrə istinadən məlumat yayıb.

Nazirlər ikitərəfli münasibətləri və regional məsələləri, Azərbaycan və Ermənistan arasında sülh prosesini, həmçinin Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasını müzakirə edəcəklər.

“Bundan başqa, İsrail və Fələstin də daxil olmaqla yaxın bölgələrdə cərəyan edən hadisələr də müzakirə olunacaq”, – məlumatda bildirilib.

Həmçinin yoxlayın

Molla rejimi Avropada hücumlar üçün yeniyetmələrdən istifadə edir

GADTB: İrqçi fars-molla rejimi Avropada hücumlar üçün yeniyetmələrdən istifadə edir. BBC-nin araşdırmasına görə, İranla əlaqəli …

Rubio: Rejim dəyişməsə belə, İran hakimiyyəti öz siyasətini dəyişməlidir

GADTB: ABŞ Dövlət katibi Marko Rubio ABŞ Prezidenti Donald Trampın gəlini Lara Trampın Fox News …