Bazar , Sentyabr 20 2026
azfa

Təbrizdə Baqirxanın evi tam dağılmaq ərəfəsindədir

GADTB: Təbrizdə rejimin təyin etdiyi mədəni irsi məsullarının diqqətsizliyi nəticəsində Baqirxanın tarixi evi zibilxana və narkomanların toplaşdığı yerə çevrilib və tam məhv olmaq ərəfəsindədir.

Baqir xanın evi Qacar ​​türklərinin yadigarıdır və Təbrizin “Salari” məhəlləsində yerləşir. Onun qorunması və bərpası üçün təcili tədbirlər görülməsə, bu tarixi ev tamamilə dağıdılacaq.

Təbriz Bələdiyyəsi və Mədəni İrs Təşkilatının məsul şəxsləri dəfələrlə bu binanın bu qurumlara “sahibliyi” olduğunu bəyan edərək, onun bərpa və təmirinin tezliklə həyata keçiriləcəyini bildirsələr də, bu bəyanatlardan bir neçə il keçməsinə baxmayaraq, hələ də heç bir tədbir görülməyib.

Hazırda bu qiymətli evin divarı tamamilə dağılıb və yalnız Qacarlar dövrünün qapısı qalıb. Onun damı da bir çox yerdə uçub və tikiliyə çoxlu ziyan dəyib. Bu tarixi evdə 2018-ci ilin iyulunda yanğın olmuşdu.

3 il öncə Təbrizin meri Yaqub Huşyar bu evi Təbriz bələdiyyəsi tərəfindən aldığını elan etmişdi. Lakin artıq Baqir xanın tarixi evi tam dağılma ərəfəsindədir.

Fars şəhərlərindəki belə yerlər İran hökuməti tərəfindən qorunub bərpa edilərək ekoturizm, ənənəvi yeməkxana və s. kimi müxtəlif məqsədlər üçün istifadə edilərkən, turistlər cəlb edilərək, gəlir əldə edilir. Lakin molla rejimin bu sahədə siyasəti nəticəsində Azərbaycanın tarixi abidələri bir-birinin ardınca dağıdılır.

Video:

https://t.me/GADTB1/36993

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …