Çərşənbə , İyul 29 2026
azfa

Türk Dövlətlərinin ortaq brendləri yaradılacaq

GADTB: Bu il noyabrın 7-9-da İstanbulda keçiriləcək Türk Ticarət Sərgisində türk dövlətlərinin ortaq brendləri yaradılacaq.

Bunu sərginin təqdimat konfransında təşkilatçı qurumun nümayəndəsi Aygün Əliyeva bildirib.

“Bu sərgi hər il keçirilir. Əsas məqsəd türk dövlətləri arasında ticarət, sənaye, investisiyalar, texnologiya, xidmətlər və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi, iş adamları arasında əməkdaşlığın genişləndirilməsidir. Sərgidə 20-dən çox sahədə məhsul və yeni texnologiyalar nümayiş etdiriləcək, ölkələrin investisiya imkanları, mühüm sektorlar, sahibkarların problemləri, onların həlli üçün təklifləri və digər aktual məsələlər müzakirə olunacaq. Azərbaycanla türk dövlətləri arasında ticarət əlaqələrinin artmasına töhfə verməliyik. 178 milyon əhalisi və 1,9 trilyon ABŞ dolları dəyərində iqtisadi gücü (ümumi daxili məhsul) olan türk dövlətləri zəngin təbii sərvətləri və Orta Dəhliz adlanan strateji ticarət yolu üzərində yerləşməsi ilə böyük imkanlar təqdim edir: Özəl sektor nümayəndələri prosesdən kənarda qalmamalı və qarşılıqlı investisiyaları, əməkdaşlığı genişləndirməlidir”, – deyə o qeyd edib.

Həmçinin yoxlayın

SEPAH terror təşkilatı İordaniyaya və Hörmüz boğazında üç neft tankerinə raket hücumu edib

GADTB: SEPAH terror təşkilatı bəyan edib ki, xəbərdarlıqlara baxmayaraq “təhlükəli və qeyri-qanuni marşrut” üzrə hərəkəti …

Maral 80 ildən sonra Qaradağ meşələrinə qayıtdı

GADTB: Azərbaycanın ən qiymətli və gözəl yerli maral növlərindən biri yenidən Şərqi Azərbaycan əyalətinin Qaradağ …