Molla rejimi azərbaycanlı fəalları mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən azərbaycanlı milli fəallar Murtaza Pərvin, Səid Minayi və Aydın Məhəmmədinin məhkəmə iclası keçirilib.

Hazırda Tehranın Evin zindanında həbsdə saxlanılan Murtaza Pərvibn və müvəqqəti olaraq zaminə buraxılan digər iki azərbaycanlı fəal Səid Minayi və Aydın Məhəmmədinin məhkəmə iclası qəddarlığı ilə tanınan hakim Abbas Sələvatinin sədrliyi ilə keçirilib.

Bildirilib ki, fəallara qarşı “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə toplaşmaq və sövdələşmək” və “dövlət quruluşu əleyhinə təbliğat aparmaq” ittihamları irəli sürülüb. Həbsdə olan Murtaza Pərvinin bəzi ittihamlardan bəraət aldığı, eyni zamanda, başqa cinayətlərdə də günahlandırıldığı vurğulanıb.

Azərbaycanlı fəal Murtaza Pərvin məhkəmədə fars dilində ifadə verməkdən imtina etdiyi üçün hakim tərcüməçidən istifadə etməyə məcbur oldu.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru Əcəbşirdə həbs edərək Marağa həbsxanasına köçürüb

GADTB: İrqçi fars-molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru fərvərdinin 29-da ona qarşı irəli sürülən ittihamlar …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərin əmlakı müsadirə etdi

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərə məxsus əmlak və maliyyə vəsaitləri …