Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Sepah terrorçularına rabitə cihazlarından istifadə qadağan edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi özünün Sepah terrorçularına rabitə cihazlarından istifadə qadağan edib.

 “Reuter” xəbər agentliyi İranın adı açıqlanmayan iki təhlükəsizlik rəsmisinə istinadən xəbər verib ki, SEPAH Livanda silsilə peycer_partlayışlarından sonra bütün üzvlərinə hər hansı texniki rabitə vasitələrindən istifadəni dayandırmağı əmr edib.

Rəsmilərdən biri agentliyə bildirib ki, SEPAH üzvlərinə məxsus cihazların əksəriyyəti ya əldə hazırlanıb, ya da Çin və Rusiyadan gətirilib. Mənbə qeyd edib ki, İran İsrail agentlərinin, o cümlədən iranlıların İsraildən pul müqabilində SEPAH sıralarına sızması ehtimalından narahatdır.

“SEPAH öz hərbçiləri, orta və yüksək rütbəli zabitləri ilə bağlı istintaqa başlayıb. Bura onların həm İrandakı, həm də xaricdəki bank hesablarını, habelə özlərinin və ailələrinin səyahət tarixçələrini yoxlamaq da daxildir”, – deyə, vurğulanıb.

Həmçinin yoxlayın

Təbrizin mərkəzində ermənilər üçün təmin olunan hüquq, azərbaycanlılar üçün illərdir əlçatmaz arzu – VİDEO

GADTB: Təbriz – siyasətin beşiyi və Azərbaycanın ürəyi – acı və danılmaz bir paradoksun şahididir: …

Təbriz uşaqlarının dil kimliyinin dövlət televiziyası vasitəsilə təhrif edildi – VİDEO

GADTB: Məktəblərin açılması ərəfəsində Təbrizin Kula-Fərəngi malikanəsindən uşaqlar üçün xüsusi proqramın canlı yayımlanması Azərbaycan türklərinin …