Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

İsrail İranın avtomobil zavoduna hücum edib

GADTB: Suriyanın SANA dövlət xəbər agentliyinin məlumatına görə, İsrailin Hərbi Hava Qüvvələri bu gecə saat 01:00 radələrində Suriyada İranın avtomobil zavoduna zərbə endirib.

Bildirilib ki, İsrail qüvvələri Suriyanın Homs əyalətinin Hesya sənaye bölgəsindəki İranın “Saba” maşınqayırma zavoduna hücum edərək maddi ziyan vurub.

Qeyd olunub ki, İsrailin əsas hədəfi İranın avtomobil zavodu və Suriyanın hava hücumundan müdafiə sistemləri olub.

Hücumlardan sonra yanğının baş verdiyi bildirilir. /Azad İran

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …