Şənbə , Sentyabr 19 2026
azfa

Fidan: Almaniyadan “Tayfun”la bağlı müsbət siqnal aldıq

Türkiyənin xarici işlər naziri Hakan Fidan “Haber Qlobal” telekanalına müsahibəsində deyib ki, “Eurofighter” qırıcılarının alınması ilə bağlı Türkiyə London və Berlindən müsbət siqnallar alıb.

“Dəyərləndirməmiz zamanı məlum oldu ki, “Eurofighter” (Tayfun) istifadə edəcəyimiz təyyarədir. Bizim bir xahişimiz var və üç ölkə buna müsbət yanaşır. Almaniya da müsbət siqnallar verir”, – deyə Fidan bildirib.

Qeyd edək ki, “Tayfun”un satışı üçün istehsalçı ölkələrin hamısı razılıq verməlidir. Bundan öncə bildirilirdi ki, İngiltərə, İtaliya və İspaniyanın razılıq verib, Almaniya isə iki şərt (Prezident Rəcəb Tayyib Ərdoğanın Yunanıstana qarşı sərt açıqlamalarını dayandırmasını və Egey dənizindəki adalarla bağlı iddiadan əl çəkməyi) irəli sürüb.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …