GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz şəhər polis idarəsinin şikayəti əsasında “Rokna” saytının əməkdaşı jurnalist Fatimə Qulipur Gəncəliyə xəbər dərc etdiyinə görə məhkəmə işi açılıb.
Azərbaycanlı jurnalist yazıb ki, məhkəmə onun barəsində “Təbriz bələdiyyəsi 100 illik ağacları xəbər vermədən kəsib” başlıqlı xəbər dərc etdiyi üçün cinayət işi açılıb.
Ötən ilin yayında isə həmin azərbaycanlı jurnalist Təbrizdə yas qruplarından birinə hücum xəbərini dərc etdiyinə görə FATA polisi tərəfindən bölməyə çağırılıb və ona qarşı məhkəmə işi açılıbş Onun ilk məhkəməsi oktyabrın 28-də keçiriləcək.
Qeyd edək ki, Xanım Qolipur daha əvvəl döyülməsi barədə Təbriz Təhlükəsizlik Polisinə məlumat vermişdi.