Çərşənbə axşamı , Noyabr 17 2026
azfa

Türkiyə Ankarada terror aktından sonra PKK terrorçularını bombalayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələri Ankarada terror aktından sonra Suriya və Şimali İraqda PKK mövqelərinə zərbələr endirir.

Əməliyyat nəticəsində terrorçuların 32 hədəfi məhv edilib.

Bununla bağlı açıqlama yayan Müdafiə Nazirliyi əməliyyatların qətiyyətlə davam etdiriləcəyini bildirib.

Qeyd edək ki, bu gün Ankaranın Qəhrəmanqazan rayonunda dövlət aerokosmik şirkəti – TUSAŞ-ın binasında terror aktı törədilib. Nəticədə 5 nəfər şəhid olub, 19-ü isə yaralanıb

Həmçinin yoxlayın

Britaniya: İran İslam Respublikasının nüvə silahı əldə etməsinə imkan verə bilmərik

GADTB: Britaniyanın baş naziri Endi Börnham bildirib ki, ölkəsinin hökuməti ABŞ və İsrailin İranla müharibəsinə …

Qərbi Azərbaycan gömrüyündə terrorçu kürdlərin maliyyə korrupsiyası

GADTB: Qərbi Azərbaycanda bəzi vəzifəli şəxslərlə kürdlər arasında qeyri-şəffaf maliyyə və ticarət əlaqələrinin mövcudluğuna dair …