Cümə , Dekabr 27 2024
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İsrailin İrana hücum edəcəyi ilə bağlı bildirişi

GADTB: İrqçi və irticaçı fars-molla rejiminin qeyri-fars millətlərin ərazisini işğal etmək və onları müstəmləkə etməklə yanaşı son on illiklərdə bütün regionu təşkil etdiyi terrorçu qruplar vasitəsilə qan gölünə çevirib. Molla rejimi illərdir əsasən İsrailə qarşı yetişdirdiyi həmin terrorçu qruplar vasitəsilə terror hücumları həyata keçirdiyi, bəzən isə özünün birbaşa İsrailə hücumu nəticəsində İsrailin İran adlanan əraziə hücum edəcəyi gözlənilir.

Molla rejimi İsrailə bir başa terror hücumlarını əsasən qeyri-fars millətlərin, o cümlədən Azərbaycan türklərinin ərazisindən təşkil etməklə Azərbaycan türklərini təhlükə qarşısında qoyur. Lakin irqçi fars-molla rejimin İsraillə qarşı-qarşıya gəlməsinin Azərbaycan Türk Millətinə heç bir aidiyyəti yoxdur və bu məsələni İsrail də başa düşməlidir, molla rejimin Güney Azərbaycanda səfərbər etdiyi əlaltıları da. Azərbaycan Türk Milləti ayıq olmalıdır ki, molla rejimi əlaltıları vasitəsilə Azərbaycanı qurban verməsin. Onsuz da molla rejimin yarıtmaz olması ucbatından İsrail istəyəndə Tehranda istədiyi əməliyyatı həyata keçirir. Unutmaq lazəm deyil ki, bu rejim Azərbaycanı qurban vermək istəyir.

Azərbaycan Türk Millətinin yeganə qurtuluş yolu istiqlaldır və buna mane olan əsas qüvvə isə irqçi fars-molla rejimidir. İrqçi fars-molla rejiminə qarşı istənilən hücum da Azərbaycan Türk Milləti tərəfindən boyunduruqdan qurtarmağa vasitə kimi istifadə edilməsi daim diqqət mərkəzində olmalıdır.  

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)`qeyd edilən bu reallıqları nəzərə alaraq, Azərbaycan Türk Millətinə müraciətində onları ayıq olmağa və molla rejimə, eləcə də rejimin Güney Azərbaycanda yetişdirdiyi əlaltılarına Güney Azərbaycanı İsrailə qarşı qullanmağa icazə verməməyə çağırır. GADTB Güney Azərbaycanın yeganə qurtuluş yolunun müstəqillik olduğunu nəzərə alaraq Azərbaycan türklərini istənilən halda sırf Güney Azərbaycanın müstəqilliyi istiqamətdə birləşməyə və milli hərəkata davam etməyə çağırır.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …